Üç azyaşlı İran vətəndaşı dövlət sərhədini pozub Azərbaycana keçib
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirilir.
DSX Mətbuat Mərkəzindən Adalet.az-a verilən məlumata görə, yanvar ayının 17-də saat 15:25 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Göytəpə sərhəd dəstəsinin Biləsuvar rayonunun Amankənd kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 3 nəfər şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulması müşahidə edilib və sərhəd pozucuları sərhəd naryadı tərəfindən saxlanılıbar.
Azyaşlı olmaları müəyyən edilən sərhəd pozucuları dövlət sərhədini səhvən pozmalarını bildirib və özlərini İran İslam Respublikasının vətəndaşları Atəşi Əmirrza Atəş (14 yaş), Puya Bədəli Mehrac (12 yaş) və Danayi Səhənd İbrahim (11 yaş) kimi təqdim ediblər. Saxlanılmış şəxslər sərhəd zastavasına gətirilib, isti yemək və digər lazımi şəraitlə təmin ediliblər.
Azərbaycan Respublikası və İran İslam Respublikası arasında mehriban qonşuluq və dostluq münasibətləri nəzərə alınaraq sərhəd nümayəndəliyi xətti ilə müqabil tərəf məlumatlandırılıb.
Qısa müddət ərzində azyaşlıların İİR tərəfinə təhvil verilmələri nəzərdə tutulub.
Digər Xəbərlər
09 Sentyabr 2026 19:03
“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
09 Sentyabr 2026 18:04
Məclisdən evə qayıdarkən qəzaya düşüblər - 5 nəfərin öldüyü hadisənin təfərrüatı
09 Sentyabr 2026 17:51
Nəcəf Nəcəfovun məzarındakı barelyefi oğurlayan şəxs tutuldu - FOTO
09 Sentyabr 2026 11:19
... Sağ qaldı...
08 Sentyabr 2026 16:41
“Gənclik Mall”da xəbərdarlıq sistemi niyə işə düşüb? - AÇIQLAMA
08 Sentyabr 2026 10:27
Küləkli hava şəraiti ilə bağlı XƏBƏR: 4 nəfər yaralandı
08 Sentyabr 2026 09:51
Hacıqabulda QƏZA: Ölən və yaralananlar var... - YENİLƏNİB
08 Sentyabr 2026 09:44


Bakı -°C

