adalet.az header logo
  • Bakı -°C
09 Aprel 2026 12:36
81
İDMAN
A- A+

UEFA Konfrans Liqasında 1/4 final oyunları başlayır

Bu gün UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin oyunları keçiriləcək.

Adalet.az xəbər verir ki, günün ilk matçında İspaniyanın "Rayo Valyekano" klubu öz meydanında Yunanıstanın AEK komandasını sınağa çəkəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Digər 3 görüş isə eyni saatda, yəni, 23:00-da start götürəcək. İtaliya "Fiorentina"sı İngiltərədə "Kristal Pelas"ın, Fransa "Strasburq"u Almaniyada "Maynts"ın, Niderlandın "AZ Alkmaar" kollektivi isə Polşada Ukraynanın "Şaxtyor" (Donetsk) klubunun qonağı olacaq.

Qeyd edək ki, Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunları aprelin 16-da keçiriləcək.