07 Sentyabr 2023 18:02
1421
MEDİA

"Uğurlarımızın səsi Milli Məclisdən gələcək" - Aparıcıdan iddia

Aparıcı Fira Cəlilova yeni proyektindən danışıb.

Adalet.az xəbər verir ki, aparıcı iddialı bir paylaşım edib. Onun sözlərinə görə, yeni proyekti ölkədə ilkdir.

"Anam uşaqlıqdan deyir ki, bəsdi xəyallarla yaşadın. Mən də bezmədən, yorulmadan xəyal etməkdən vaz keçmədim. Çünki bu günə kimi həyata keçməyən xəyalım olmadı. Sizinlə növbəti gerçəkləşmiş xəyalımı paylaşmaq istəyirəm. Artıq rəsmi olaraq QHT təsisçisi və sədriyəm. Sosial proyektlər sahəsində illərdir çalışsam da həvəskar olaraq qarşılanmışam. Artıq rəsmi qurum olaraq imzamızı qoyacağıq. Həmişəki tək ilklərə imza atacağıq. Komandamızın üzvlərini və projemizi hələ ki, sirr saxlayıram. Hərçənd ki, böyük məmnuniyyətlə paylaşardım. İnşallah uğurlarımızın səsi Milli Məclisdən gələcək. Çünki qayəmiz ölkəmiz üçün çox önəmlidir".

 

Emin