adalet.az header logo
  • Bakı -°C
12 Dekabr 2025 19:34
84
DÜNYA
A- A+

Ukrayna ordusu Kupyanskda strateji qəsəbəni azad etdi

Ukrayna müdafiəçiləri Kupyanskdakı Yubileynı yaşayış məntəqəsini rus əsgərlərindən təmizləməyə nail olublar. Bu, şəhərin müdafiəsi üçün strateji əhəmiyyət kəsb edir.

Adalet.az xəbər verir ki, bu barədə Ukrayna ordusunun 425-ci Əlahiddə "Skelya” Hücum Alayının məlumatında deyilir.

"Kupyansk, Yubileyni yaşayış məntəqəsi. Bu məhəllə bütün şəhərin müdafiəsi üçün strateji əhəmiyyət kəsb edir. Bu yerə nəzarət Kupyanskın nəzarəti deməkdir", - qeyd edilib.