Ukrayna Rusiya ilə nüvə təhlükəsizliyi sahəsində iki razılaşmanı dayandırır
Ukraynanın Nüvə Tənzimlənməsi üzrə Dövlət Müfəttişliyi nüvə təhlükəsizliyi sahəsində Rusiya Federasiyası ilə əməkdaşlığa dair beynəlxalq müqavilələri dayandırır.
Bu barədə “Energoatom” şirkətindən məlumat verilib.
Müvafiq əmr Ukraynanın nüvə və radiasiya təhlükəsizliyi üzrə baş dövlət müfəttişi səlahiyyətlərini yerinə yetirən Oleq Korikov tərəfindən imzalanıb.
Qərara əsasən Ukrayna aşağıdakı beynəlxalq müqavilələr üzrə öhdəliklərini dayandırır:
Ukraynanın Ətraf Mühitin Mühafizəsi və Nüvə Təhlükəsizliyi Nazirliyi ilə Rusiyanın Nüvə və Radiasiya Təhlükəsizliyi üzrə Federal Nəzarət orqanı arasında əməkdaşlıq haqqında Sazişlər (19 sentyabr 1996-cı ildə Vyanada imzalanmışdır);
Ukraynanın Nüvə Tənzimləməsi üzrə Dövlət Komitəsi ilə Rusiyanın Nüvə və Radiasiya Təhlükəsizliyi üzrə Federal Nəzarət orqanı arasında nüvə enerjisindən dinc məqsədlərlə istifadə zamanı təhlükəsizliyin tənzimlənməsi sahəsində məlumat mübadiləsi və əməkdaşlıq haqqında Saziş (14 avqust 2002-ci ildə Moskvada imzalanmışdır).
Qeyd edilən beynəlxalq müqavilələrə xitam verilməsi ilə bağlı Ukrayna Xarici İşlər Nazirliyi məlumatlandırılıb.
Sərəncam Ukrayna Xarici İşlər Nazirliyi, Ukraynanın Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər Nazirliyi, Ukrayna Baş nazirinin müavini - Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinin reinteqrasiyası üzrə nazirlə razılaşdırılıb.
Digər Xəbərlər
27 Sentyabr 2026 11:16
Tokayev müdafiə nazirini istefaya göndərdi
27 Sentyabr 2026 09:55
Əli Tarakçı həbs olundu
26 Sentyabr 2026 23:44
İsrail ordusu “Hizbullah”ın silah anbarına zərbə endirib
26 Sentyabr 2026 23:36
Lavrov avropalıların Rusiya ilə müharibəyə hazırlaşdıqlarını deyib
26 Sentyabr 2026 23:16
Yəmən hökuməti husilərə qarşı ümumi səfərbərlik elan edib
26 Sentyabr 2026 23:00
Tramp: İranın təklif etdiyi razılaşmanı rədd etmişəm
26 Sentyabr 2026 22:46
Hakan Fidan: İran həqiqətən çətin vəziyyətdədir
26 Sentyabr 2026 22:00


Bakı -°C

