Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri istefa verdi - YENİLƏNİB
Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasil Malyuk vəzifəsindən istefa verdiyini açıqlayıb.
Adalet.az xəbər verir ki, bu barədə Malyuk sosial media hesabında açıqlama yayıb.
"Mən Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsindən istefa verirəm", - deyə o bildirib.
Ukrayna mediası əvvəllər Malukun SBU-nun "açıq-aşkar ticarət"də və "biznesləri ifşa etməkdə" ittiham olunduğunu bildirmişdi.
09:03 ***
Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəhbəri Vasil Malyuk istefa ərizəsi yazıb.
Adalet.az xəbər verir ki, bu barədə "Strana.ua" nəşri məlumat yayıb.
Qeyd olunur ki, SBU rəhbəri vəzifəsi uğrunda iki nəfər - sədr müavini Aleksandr Poklad və xüsusi əməliyyatlar mərkəzinin rəhbəri Yevhen Xmara mübarizə aparır.


Bakı -°C

