Meksika lideri Trampı yalançı çıxartdı - "Bu məsələ müzakirə olunmayıb"
Meksika Prezidenti Klaudiya Şeynbaum Kubaya humanitar yardım göndərməyi planlaşdırdığını açıqlayıb.
Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, Şeynbaumun bu açıqlamaları ABŞ prezidenti Donald Trampın Meksika liderindən Karib adasına neft daşınmasını dayandırmasını istəməsindən sonra səsləndirilib.
Şeynbaum Sonora ştatının şimalında keçirilən ictimai tədbirdə bildirib ki, Trampla telefon danışığında Kuba məsələlərini müzakirə etməyib. O əlavə edib ki, hökuməti "humanitar səbəblərdən (Kubaya) neft daşınması ilə bağlı hər şeyi diplomatik yolla həll etməyə" çalışır.
Xatırladaq ki, Tramp daha əvvəl jurnalistlərə açıqlamasında Meksika prezidentinə Kubaya neft göndərməməyi tapşırdığını bildirmişdi.
ABŞ-nin yanvarın əvvəlində Venesuela prezidenti Nikolas Maduronu devirmək üçün həyata keçirdiyi hərbi əməliyyatdan sonra Cənubi Amerika ölkəsi son illərdə azalan Kubaya neft tədarükünü dayandırıb.
Digər Xəbərlər
25 Noyabr 2026 09:23
PUA iki ölkə arasında müharibənin başlanmasına səbəb ola bilər
25 Noyabr 2026 09:00
Tramp “razı saldım” demişdi, Huanq təkzib etdi
25 Noyabr 2026 08:08
Pezeşkian ağlayarkən görüntüləndi - VİDEO
25 Noyabr 2026 08:06
İran rəsmilərinə sui-qəsd ediləcək? - Ağ Evdə yeni ssenari
24 Noyabr 2026 23:18
Polşa və Britaniya CAMM-MR raketinin hazırlığına dair saziş imzalayıb
24 Noyabr 2026 22:35
Türkiyədə helikopter qəzası:5 hərbçi həlak oldu - YENİLƏNİB
24 Noyabr 2026 20:22
ABŞ yeni gömrük rüsumları tətbiq etməyə hazırlaşır
24 Noyabr 2026 17:48


Bakı -°C

