Ukrayna üzrə danışıqlara ev sahibliyi etməyə hazırıq - Fidan

Türkiyə xarici işlər naziri Hakan Fidan Moskvada keçirilən danışıqlarda Ukrayna üzrə danışıqların yeni mərhələsinə ev sahibliyi etməyə və münaqişənin həllinə hər cür dəstək göstərməyə hazır olduqlarını təsdiqləyib.
Adalet.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti yazıb.
Türkiyə XİN başçısı rusiyalı həmkarı Sergey Lavrovun dəvəti ilə Moskvada iki günlük səfərdədir. O, ötən gün İstanbulda mayın 16-da keçirilən Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinə rəhbərlik edən prezidentin köməkçisi Vladimir Medinski ilə görüşüb. H.Fidanı həmçinin Rusiya Prezidenti Vladimir Putin qəbul edib.
“Hürriyet” qeyd edib ki, danışıqlarda digər vacib mövzu Suriyadakı vəziyyətdir. "Ankara Rusiyanın Suriyanın siyasi və ərazi bütövlüyünü dəstəkləməyə davam etməsini istəyir", - nəşr vurğulayıb.
Türkiyə XİN başçısının Moskvadakı görüşlərinin gündəliyində həmçinin ikitərəfli münasibətlər də var.
Digər Xəbərlər

Hakan Fidan Ukraynanın müdafiə naziri ilə müzakirə APARDI

Ərdoğan-Tramp-Putin-Zelenski görüşü keçirilə bilər

Fahreddin Altun Azərbaycan mətbuatının 150-ci ildönümünü təbrik etdi

Bu ölkədə meymunçiçəyi virusuna görə tədbirlər görülür

İsrail və HƏMAS arasında TARİXİ RAZILAŞMA

Fidan: Türkiyə Rusiya və Ukrayna arasında danışıqlar üçün ideal yerdir

Abxaziyada Azərbaycan və Türkiyə vətəndaşları saxlanılıb
