Ukraynada Azərbaycan Milli Qəhrəmanının xatirə guşəsinin təqdimatı olub

Bu gün Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusevin iştirakı ilə Kropyvnytski şəhərində yerləşən Dövlət Uçuş Akademiyasında, Azərbaycanın Milli Qəhrəmanı Aleksandr Kalyaninovun xatirə guşəsinin təqdimatı olub.
Adalet.az Report-a istinadən xəbər verir ki, Akademiya kollektivinin təşəbbüsü, Ukrayna Ali Radasının deputatı Roma Hrişçukun və səfirlik komandasının dəstəyi ilə Aleksandr Kalyaninovun adını daşıyan memorial auditoriya və Milli Qəhrəmanın həyatına, təhsilinə, peşə yoluna və baş vermiş faciəyə həsr olunmuş tematik ekspozisiya yaradılıb.
Burada QR-kod vasitəsilə onun haqqında daha ətraflı məlumat əldə etmək mümkündür. Hazırda UDUA-da Azərbaycandan 60-dan çox kursant təhsil alır. Görüş zamanı Akademiya rəhbərliyi ilə Azərbaycan Respublikasının aviasiya qurumları və təşkilatları ilə əməkdaşlığın genişləndirilməsi üzrə konkret növbəti addımlar müzakirə olunub.
Səfir qəhrəmanın xatirənin qorunmasına və Ukrayna-Azərbaycan aviasiya tərəfdaşlığının inkişafına görə təşəkkürünü bildirib.
Qeyd edək ki, 2024-cü il dekabrın 25-də AZAL təyyarəsinin Rusiya ərazisində vurulması nəticəsində kapitan İqor Kşnyakin və ikinci pilot Aleksandr Kalyaninovun peşəkarlığı və qətiyyətli qərarları sayəsində göyərtədə olan 67 nəfərdən 29-nun həyatı xilas olunub.
Digər Xəbərlər

Rəsmi Bakı bu ölkəni TƏBRİK ETDİ

Prezident maldivli həmkarını təbrik etdi

"ATƏT-in Minsk Qrupunun tarix səhnəsindən silinməsini istəyirik" - PA rəsmisi

Zəngəzur dəhlizinə ABŞ şirkəti nəzarət edəcək? - Hikmət Hacıyevdən AÇIQLAMA

"Ermənistanla Azərbaycan arasında bu məsələ gündəmdə deyil" - Hikmət Hacıyev

Ceyhun Bayramov Hakab Fidanla Ermənistanla sülh danışıqlarını müzakirə etdi

Əli Əsədov Givi Mikanadze ilə görüşüb
