Əli Əsədov Givi Mikanadze ilə görüşüb

Azərbaycan Baş naziri Əli Əsədov Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze ilə görüşüb.
Adalet.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Görüşdə Azərbaycan-Gürcüstan münasibətlərinin mehriban qonşuluq və strateji tərəfdaşlıq prinsipləri əsasında uğurla inkişaf etdiyi bildirilib.
G.Mikanadzenin səfəri çərçivəsində Bakıda keçiriləcək Azərbaycan–Gürcüstan Gənclər Forumunun əhəmiyyəti vurğulanıb.
İki ölkə arasında humanitar əlaqələrə toxunularaq, gənclər və təhsil sahələrində əməkdaşlığın nəticələrindən məmnunluq ifadə olunub, bu əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
Digər Xəbərlər

Ceyhun Bayramov Hakab Fidanla Ermənistanla sülh danışıqlarını müzakirə etdi

Azərbaycanla Rusiya arasında gərginliyin... - Səxavət Məmməd yazır

Əli Əsədov Somalinin XİN rəhbəri ilə görüşdü

Prezident İpoteka Fondunun nizamnamə kapitalını artırdı

Səfir: Bakıda yəhudilər özlərini Parisdən daha təhlükəsiz hiss edirlər

Nazir: Somali Azərbaycan ərazilərinin işğalı ilə bağlı həmişə mövqe ortaya qoyub

İlham Əliyev Mirziyoyevi təbrik edib
