25 Iyul 2025 20:00
724
ŞOU-BİZNES

Antalyadakı yanğın Bülent Ersoyun villasına keçdi - Sənətçi təxliyə edildi

Antalyanın Aksu, Qazipaşa, Manavqat və Muratpaşa rayonlarında meşə yanğınları tüğyan edir.

Adalet.az xəbər verir ki, Türkiyə KİV-ə istinadən xəbər verir ki, yanğın avqustun 9-da Antalyada konsert verməli olan tanınmış sənətçi Bülent Ersoyun villasına sıçrayıb.

Kundu rayonunun Güzeloba məhəlləsindəki villaya Antalya Böyükşəhər Bələdiyyəsinin yanğınsöndürənləri gələrək alovu söndürüb.

Məlumata görə, villada olan Bülent Ersoy təxliyə edilib. Onun səhhətinin yaxşı olduğu bildirilir.