Nazir: Somali Azərbaycan ərazilərinin işğalı ilə bağlı həmişə mövqe ortaya qoyub

Somali Ermənistanın Azərbaycan ərazilərini işğalı ilə bağlı İƏT çərçivəsində yaradılmış təmas qrupunun üzvü olub və bu məsələdə həmişə mövqe ortaya qoyub.
Adalet.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Somali xarici işlər naziri Abdisalam Abdi Ali ilə birgə mətbuat konfransında deyib.
“Dost Somali ilə əlaqələrimizin intensiv şəkildə inkişaf etdirilməsindən çox məmnunuq. Ötən il həmkarımın sələfinin Azərbaycana səfəri, 2025-ci ilin əvvəlində Azərbaycan nümayəndə heyətinin Somaliyə səfəri, Somali Prezidentinin Azərbaycana səfəri və bu səfərlər çərçivəsində bir sıra sahələri əhatə edən sazişlərin imzalanması, onların icrasına başlanması əlaqələrin inkişafına böyük töhfə verib.
İki ölkə arasında münasibət qarşılıqlı maraqlar əsasında inkişaf edir. Biz bir sıra beynəlxalq təşkilatlar -BMT, İƏT, Qoşulmama Hərəkatı çərçivəsində müsbət əməkdaşlıq əlaqələri qurmuşuq”, - o əlavə edib.
Digər Xəbərlər

Ceyhun Bayramov Hakab Fidanla Ermənistanla sülh danışıqlarını müzakirə etdi

Əli Əsədov Givi Mikanadze ilə görüşüb

Azərbaycanla Rusiya arasında gərginliyin... - Səxavət Məmməd yazır

Əli Əsədov Somalinin XİN rəhbəri ilə görüşdü

Prezident İpoteka Fondunun nizamnamə kapitalını artırdı

Səfir: Bakıda yəhudilər özlərini Parisdən daha təhlükəsiz hiss edirlər

İlham Əliyev Mirziyoyevi təbrik edib
