Ukraynada döyüşlərlə bağlı son vəziyyət AÇIQLANDI
Ən ciddi aktivlik Donetsk əməliyyat zonasında müşahidə olunur. Belarus Silahlı Qüvvələri Volın və Polissya istiqamətlərində döyüş tapşırıqlarını yerinə yetirməkdə davam edir.
Adalet.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumatda bildirilir ki, Belarus ərazisindən Ukraynaya raket və hava zərbələrinin endirilməsi təhlükəsi daha da artıb.
Qeyd olunub ki, Xarkov istiqamətində isə düşmən bütün qüvvələrini mövqelərini qorumağa və gücləndirməyə yönəldib: “İzyum şəhərinin cənub hissəsinə əlavə artilleriya bölmələri yerləşdirilib. Zaporejye istiqamətində qarşı tərəfin bölmələri yenidən qruplaşdırılır. Krivoy Roq və Nikolayev istiqamətlərində qarşı tərəf qoşunlarımızın mövqelərini artilleriyadan atəşə tutmağa davam edir”.
Baş Qərargahdan bildirilib ki, son 24 saat ərzində Donetsk və Luqansk istiqamətlərində Rusiya qoşunlarının 16 hücumu dəf edilib: “8 tank, 22 zirehli döyüş maşını və 1 düşmən maşını məhv edilib. Həmçinin Rusiya ordusunun 6 PUA-sı, 1 qanadlı raketi və 30 zirehli döyüş maşını sıradan çıxarılıb”.
Digər Xəbərlər
18 Sentyabr 2026 21:00
Kadırovun üzündən oxuya bilməyən oğlu biabır oldu - VİDEO
18 Sentyabr 2026 17:41
Tramp İranla müharibənin növbəti mərhələsi barədə qərar verəcək
18 Sentyabr 2026 16:52
Robert Fitsonun Ukrayna səfəri son anda ləğv edildi
18 Sentyabr 2026 15:10
Paşinyan Hessen Sülh Mükafatına layiq görüldü - YENİLƏNİB
18 Sentyabr 2026 13:28
Ayıların hücumlarına görə - Komendant saatı elan etdilər
18 Sentyabr 2026 10:38
İstanbul 2027-ci ildə “İspaniya Super Kuboku”na ev sahibliyi edəcək - FOTOLAR
18 Sentyabr 2026 09:41
Səudiyyə Ərəbistanına 48 ədəd F-35 satacaqlar
17 Sentyabr 2026 21:00


Bakı -°C

