Ukraynanın müdafiə naziri nüvə fəlakəti ilə bağlı xəbərdarlıq etdi
Ukraynanın müdafiə naziri Oleksiy Reznikov nüvə fəlakəti ilə bağlı beynəlxalq ictimaiyyətə xəbərdarlıq edib.
Adalet.az "Report"a istinadən xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib.
"Avropada nüvə fəlakətinin baş verməməsi üçün bütün beynəlxalq ictimaiyyətdən Rusiyaya təsir göstərməyi xahiş edirik. Enerqodar şəhərinin və Zaporojye AES-in ətrafının davamlı atəşə tutulması təxribatdır. Bizim bunu etməyimizin mənası yoxdur. Çünki biz nüvə fəlakətinin nəticələrini başa düşürük", - O.Reznikov bildirib.
O həmçinin 1986-cı ildə baş vermiş Çernobıl faciəsini xatırladıb: "Biz bunun necə böyük təhlükə olduğunu bilirik. Ona görə də beynəlxalq ictimaiyyətdən Rusiyaya təsir etməyi xahiş edirik".
Digər Xəbərlər
13 Mart 2026 20:25
"İran müharibəsi onu sümüklərimdə hiss etdiyim zaman bitəcək" - Tramp
13 Mart 2026 18:02
"İran rəsmiləri Ali Rəhbərin təlimatlarına əməl edəcək"
13 Mart 2026 17:44
Britaniya və Fransa səfirləri Rusiya XİN-ə çağırıldı
13 Mart 2026 17:04


Bakı -°C

