05 Noyabr 2024 11:30
181
GÜNDƏM

Ukraynaya girən Şimali Koreya ordusu: Vyetnama girən ABŞ ordusunun aqibətindən fərqi olmayacaq

Yəqin ki, tarixi faktlardan bilirsiniz yaxın keçmişdə bir Vyetnam müharibəsi olub.

Mənbələr yazır ki,Vyetnam müharibəsi və ya İkinci Hind-Çin müharibəsi Şərq Bloku ölkələri Şimali Vyetnam, Çin və Sovet İttifaqı ilə ABŞ və ABŞ-ı dəstəkləyən anti-kommunist Cənubi Vyetnam arasında baş vermiş müharibədir. Bu müharibə, Koreya müharibəsindən sonra Soyuq müharibənin ikinci isti münaqişəsi idi. ABŞ isə 1963-1973-cü illər arasında müharibəyə daxil olmuş və 60 minə yaxın əsgərini itirmişdi.
Bu savaş haqqında müxtəlif ölkələrdə müxtəlif səpkili filmlər çəkilib. Çoxuna baxmışıq. Filmin birinin adı yadımda qalmasa da epizodun biri heç yadımdan çıxmır. Vyetnamlıların pusqusuna düşmüş 10 ABŞ hərbçisi bu pusqudan sağ çıxmayacağını bilir və ölümqabağı peşmançılıq hisslərini gizlədə bilmirlər.

Hətta Demyan adlı əsgər ağlayır və onu bu ölkəyə gətirənlərə lənətlər oxuyur: "Axı mənim tanımadığım insanların ölkəsində nə işim vardı? Axı mən öz haqqını tələb edən dinc insanları niyə güllələyirdim? Tanrı bizi bağışlamayacaq! Tanrı bunun cəzası olaraq bizi cəhənnəmdə yandıracaq” .

Vyetnamlılar həqiqətən də 10 ABŞ hərbçisini xüsusi fıskırtılı alovla yandırdı və onları məhv etdi.
Çünki ABŞ ordusu müharibə zamanı işgəncələr, zorlamalar, kütləvi edamlar, mülki əhalinin öldürülməsi və kimyəvi silahdan istifadə kimi bir çox hərbi cinayətlər törətmişdi. çoxu Vyetnamın dinc əhalisi olmaqla, 3 milyon insan ölmüşdü. Təkcə zəhərlənmə nəticəsində 1,5 milyon vətəndaşını və ərazisinin üçdə birini itirməsinə baxmayaraq, Vyetnam eyniadlı müharibədən qalib ayrıldı. Müharibədən sonra Vyetnamdan ölkəsinə qayıdan əsgərlərin əhəmiyyətli bir hissəsi intihar edərək düşmən gülləsi ilə deyil, öz əlləri ilə həyatlarına son qoydu. ABŞ, həmçinin müharibə zamanı 10 minə yaxın təyyarə itirdi və onların əksəriyyəti zenit atəşi ilə vurulmuşdu. Buna qarşılıq olaraq, Şimali Vyetnamın təyyarə itkisi cəmi 150 idi.
Sanki tarix təkrarlanır indi də Kursk bölgəsində Şimali Koreyanın təxminən 10 min əsgərininolduğu qeyd edilir. Yaxın günlərdə döyüşə girə bilərlər.
Şimali Koreya hərbçilərinin artıq Ukrayna müdafiəçilərinə qarşı müharibədə iştirak etməsi artıq dünyanın diqqətindədir.
Hətta Ukrayna Prezidenti Vladimir Zelenski Kurskda artıq 11 min koreyalı hərbçinin olduğunu açıqlayıb: “Kursk vilayətində artıq 11 min nəfər var. Şimali koreyalıların sayının artdığını görürük”.
Ümid edirik, Tanrı öz halal haqqı üçün Rusiyaya qarşı döyüşən ukraynalıların yanında olacaq. 11 min koreyalını isə Vyetnama girən ABŞ ordusunun taleyi gözlədiyinə əminik. Qəsbkar heç vaxt cəzasız qalmır. O hegemon dövlət olsa belə!

Əntiqə Rəşid