22 Aprel 2022 12:53
611
DÜNYA

Ukraynaya silahların göndərilməsini ehtiyatda olan general kordinasiya edəcək

Ağ Ev ehtiyatda olan general Terri Volffu administrasiyaya dəvət edərək, ona Ukraynaya göndərilən silahların təcili çatdırılmasını kordinasiya etmək tapşırığı verib.

KİV -lərin məlumatlarına görə, Volff yaxın günlərdə ABŞ -ın milli təhlükəsizlik şurasına qoşulub və burada kodinator kimi silahların çatdırılmasına rəhbərlik edəcək.

"Onun "İŞİD"-lə mübarizədə, koalisiya rəhbərinin müavini kimi fəaliyyəti yüksək qiymətləndirilir"- deyə CNN mənbələrinə istinadən bildirib. KİV -lərin məlumatlarına görə, Bayden administrasiyası, hazırda Rusiya ilə müharibədə ciddi irəliləyişə nail olan Ukraynaya təcili olaraq silahların çatdırılması üzərində işləyir. ABŞ prezisenti Co Bayden daha əvvəl bununla bağlı Ukraynaya hərbi yardım olunması məqsədilə əlavə 800 milyon dollar vəsait ayrıldığını bəyan edib.

Rusiya XİN -nin rəhbəri Sergey Lavrov buna cavab olaraq bildirib ki, Uraynanın silahlanması üçün göndərilən istənilən yük, rusiya hərbiçilərin qanuni hədəfinə çevriləcək. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Qərb tərəfindən Ukraynanın silahla doldurulması Rusiya -Ukrayna danışıqlarına xeyir gətirməyəcək və əks effekt verəcək.

Rüstəm Hacıyev