Ülviyyə Namazova: “Ucuz geyindiyim üçün geyimimi bəyənməyiblər”
İfalarından daha çox qalmaqalları ilə yadda qalan Ülviyyə Namazova bu dəfə də geyimlərindən danşıb.
Adalet.az xəbər verir ki, müğənni onu geyiminə görə qınayanları tənqid edib:
“Insanlar elə düşünürlər ki, bol geyim geyinmək dəbli geyinmək deməkdir. Ancaq elə deyil. Mənim üçün dəb mənə yaraşanı geyinməkdir. Ola bilər ki, hansısa geyim dəbdə olmasın, amma mənə yaraşırsa niyə də geyinməyim?
Elə olub ki, geyimimi bəyənməyiblər ki, ucuz geyimdir. Bunu deməyə məcburam ki, imkanım çatır ki, 20 manata da köynək ala bilərəm, 500 manata da. Geyim markalarının həvəskarı da deyiləm. Elələri var ki, bahalı geyimləriylə öyünür ki, mən brendəm. Bu doğru düşüncə deyil”.
Əntiqə