Ülviyyə Xəlilbəyli od püskürdü

Məşhur aktrisa Ülviyyə Xəlilbəyli izləyicisini təhqir edib.
Adalet.az xəbər verir ki, instagram hesabında canlı yayımda “Bilirik ki, boşanmısınız, amma gizlədirsiniz” sözlərini yazan izləyicisinə aqressiv cavab verib:
“Sizə xanım deməyə də dilim gəlmir. Sizə ancaq ara qarışdıran çömçəquyruq deyə bilərəm. Narahat olmayın, boşanmış olsam belə gəlib sizi almayacaqlar. Hələ- hələ məndən sonra sizə heç baxmazlar. Yerinizi bilin.”
Digər izləyiciləri aktrisanın bu cür cavabını mənfi qarşılayıb. Və ona yaraşan cavab olmadığını qeyd ediblər.
Ü.Xəlilbəyli aktyor Murad İsmayılla evlidir. Onların bu nikahdan iki oğlu övladı var. Cütlük tez- tez ayrılıq xəbəri ilə yadda qalırlar.
Qeyd edək ki, aktrisa ARB kanalında “O üz” proqramının aparıcısıdır.
Əntiqə