UNEC İqtisadi Forumun təşkilatçıları və tələbə könüllülər mükafatlandırıldı
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 illiyinə həsr olunan “Zəfər yolu” adlı "UNEC İqtisadi Forumu 2021"in təşkilatçılarının və tələbə könüllülərin mükafatlandırılması mərasimi keçirilib.
UNEC rektoru professor Ədalət Muradov İqtisadi forumun yüksək səviyyədə təşkil olunmasında iştirak edən əməkdaşlara və tələbə könüllülərə təşəkkürünü bildirərək, forumun ölkədə böyük rezonans doğurduğunu deyib. İqtisadi forumda ölkənin gələcək inkişafı ilə bağlı mühüm əhəmiyyət kəsb edən ciddi müzakirələrin aparıldığını, eləcə də nüfuzlu ali təhsil müəssisələri ilə əməkdaşlıq müqavilələrinin bağlandığını diqqətə çatdıran rektor, beynəlxalq müzakirə platformalarının yaradılmasının və sayının artırılmasının UNEC-in əsas hədəflərindən biri olduğunu qeyd edib.
Rektor tələbə könüllülərin forumda göstərdikləri dəstəyi yüksək qiymətləndirərək, onların məsuliyyətli davranış nümayiş etdirdiklərini bildirib. Həmçinin yerli və xarici qonaqların forumda komanda işinin yüksək təşkilini xüsusi vurğuladıqlarını diqqətə çatdırıb.
Sonra tələbə könüllülərə və forumun təşkilat komitəsinin üzvlərinə UNEC-in təşəkkürnamələri təqdim olunub.
Digər Xəbərlər
18 Aprel 2026 18:41
İsveçrəli yazıçı Xəzər Universitetinin qonağı olub
17 Aprel 2026 19:18
Bu il maksimum balı o topladı
17 Aprel 2026 14:44
Polşanın Rzeszow Universitetinin nümayəndəsi Azərbaycan Universitetində
15 Aprel 2026 15:45
Bazar günü 37 mindən çox şəxs imtahan verəcək
15 Aprel 2026 13:10
Peşə hazırlığında yeni ixtisaslar olacaq - RƏSMİ
15 Aprel 2026 12:34
Tibb Universitetinə mətbuat katibi təyin edildi
15 Aprel 2026 12:33
Bakı Xoreoqrafiya Akademiyası ilə Ardahan Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb
14 Aprel 2026 11:04


Bakı -°C

