"Uşaq bağçaya getməlidir, bağçada yer yoxdur" - Deputat
"Bu qanunda ciddi yenilik, dəyişiklər var. Amma qanunun icra mexanizminə diqqət etməliyik. Sahibsiz, kimsəsiz uşaqları yerləşdirmək üçün uşaq internat məktəbləri yetərli səviyyədədirmi, biz ora o uşağı göndərə bilərəkmi?! Uşaq bağçaya getməlidir və bağçada yer yoxdur. Minlərlə uşaq bu hüquqdan məhrumdur, bunu təmin etmək imkanını necə əldə edəcəyik?”
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Uşaq hüquqları haqqında” yeni qanun layihəsinin müzakirəsi zaman deputat Fazil Mustafa deyib.
Deputat uşaqların əlavə məşğuliyyəti ilə bağlı bir sıra problemlərin olduğunu bildirib: “İdman komplekslərinin ya qapısı bağlıdı, ya da uşağın yaşadığı regionda idman kompleksi yoxdur. Onu ora daşıyacaq valideynin imkanı da yoxdur. Yaradıcılıq qabiliyyəti olan uşaqlar yaradıcılıq evinə getməlidir. Yaradıcılıq mərkəzi həmin uşağın yaşadığı ərazidən uzaqda yerləşir. Avtobuslar 5 yaşından uşaqlar üçün pulsuz deyil. Valideynin də imkanı olmadıqda bir istedad hardasa öləcək, parlaya bilməyəcək. Məktəbdə idman zallarının vəziyyəti standartlara uyğun olmayanda uşaqlar orada yetişə bilmir. Məktəblərdə üzgüçülük hovuzları yoxdur, pulsuz üzgüçülük hovuzları tapmaq çətindir. Ailənin içərisinə daxil olmaq olmur, onun problemlərini oxumaq olmur, amma Azərbaycanda hər bir uşağın monitorinqi aparılmalıdır. Gecəqondularda yaşayan uşaqların vəziyyətini mütləq araşdırmalıyıq. Hər bir uşaq ölkə üçün tapıntıdır”.
Digər Xəbərlər
10 Fevral 2026 15:03
Bu istiqamətə əlavə qatar reysləri təyin edildi
10 Fevral 2026 14:14
Statistika Komitəsinin yeni sədri kimdir? - DOSYE
10 Fevral 2026 13:57
Spiker Fəzail Ağamalının ailəsinə başsağlığı verdi
10 Fevral 2026 13:44
Fəzail Ağamalı dəfn edildi - YENİLƏNİB
10 Fevral 2026 13:40
"Uşaq çiynində silahla liseyə daxil olanda..." - Deputat "İdrak"dakı cinayətdən danışdı
10 Fevral 2026 13:30
Uşaq hüquqlarını bu orqanlar müdafiə edəcək
10 Fevral 2026 13:11
Yeni artımla yaşa görə orta aylıq pensiya 632 manata çatıb
10 Fevral 2026 12:33


Bakı -°C

