"Valideyn uşağından imtina edirsə, dövlət ona sahib çıxmalıdır" - Deputat
"Son vaxtlar eşdirik ki, qəbiristanlıqda uşaq tapıldı. Valideyn ondan imtina edib. Hansı valideyn cahillikdən, imkansızlıqdan uşağından imtina edirsə, dövlət o uşağa sahib çıxmalıdır".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2025-ci ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatın müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.
"Xarici ölkələrdə belədir. Dövlət hətta valideyn nəzarətində olan, amma valideynin yaxşı davranmadığı uşağa dərhal sahib çıxır. Dövlət uşaq müəssisələrinin sayı artırılmalıdır. Dərhal bu uşaqlar götürülərək dövlətin himayəsində böyüməlidir", - deyə deputat bildirib.
Digər Xəbərlər
15 Noyabr 2026 14:20
Leyla Əliyeva: "Hər bir qadın öz gücünə inansın" - VİDEO
15 Noyabr 2026 10:27
"Daha çox yazın, Leyla xanım" - Fulya Öztürk - VİDEO
14 Noyabr 2026 23:28
Leyla Əliyeva COP31-də qadın liderlərin iqlim təşəbbüslərindən danışdı - FOTOLAR
14 Noyabr 2026 19:08


Bakı -°C

