Van Qoqun ölümündən iki ay əvvəl çəkdiyi əsər rekord qiymətə satıldı
Niderlandlı dahi rəssam Vinsent van Qoqun ömrünün son iki ayında yaratdığı “Çiçəklənən şabalıd ağacları” (“Châtaigniers en fleurs”) rəsm əsəri Nyu-Yorkda keçirilən “Sotheby's” hərracında 190,4 milyon dollara satılaraq rəssamın yeni hərrac rekordunu müəyyənləşdirib.
Adalet.az-ın BBC-yə istinadən məlumatına görə, 1890-cı ildə kətan üzərində yağlı boya ilə işlənmiş əsərin hərracdan əvvəlki təxmini dəyəri 180 milyon dollar olaraq qiymətləndirilirdi.
Bu satışla Van Qoqun 2022-ci ildə 117,2 milyon dollarla qeydə alınmış əvvəlki hərrac rekordu yenilənib. Rəsmi satın alan şəxsin kimliyi isə hələlik gizli saxlanılır.
Çərşənbə günü baş tutan hərrac rəsmin nasist hakimiyyəti dövründə təzyiq altında satılması iddiaları ilə bağlı davam edən mülkiyyət mübahisəsinin son anda həll edilməsindən sonra reallaşıb.
“Sotheby's” hərrac evi satışa bir neçə saat qalmış rəsmin son sahibləri olan Blaquier-Arrieta ailəsi ilə əsərin əvvəlki alman sahibləri Fişer ailəsinin varisləri arasında qarşılıqlı razılaşma əldə olunduğunu açıqlayıb.
Fişer ailəsinin varislərini təmsil edən vəkil bildirib ki, rəsm İkinci Dünya müharibəsindən əvvəl Amsterdamda nasist rejimi dövründə ailənin nəşriyyat evinin üzləşdiyi maliyyə itkilərini qarşılamaq məcburiyyəti ilə satılıb. Hərrac evinin bəyanatında qeyd olunub ki, əsərin nasist dövrünə aid mürəkkəb tarixçəsi və Holokost zamanı Fişer ailəsinin çəkdiyi əzablar nəzərə alınaraq tərəflər ortaq məxrəcə gəliblər.
Məlumata əsasən, rəsm əsəri 1909-cu ildə tanınmış alman naşiri Samuel Fişer tərəfindən alınıb və 1934-cü ildə onun vəfatına qədər ailənin kolleksiyasında qalıb. 1932-1933-cü illərdə Amsterdamda sənət dileri Paul Kassirerə əmanət edilən tablo 1936-cı ildə Parisdə Anrietta və Marsel Kapfererlərə satılıb.
1975-ci ildə argentinalı Blaquier ailəsi tərəfindən əldə olunan “Çiçəklənən şabalıd ağacları” yarım əsrdən çox müddətdə bu ailənin şəxsi kolleksiyasında saxlanılıb. Mütəxəssislər 1890-cı ildə yaradılmış bu tablonu rəssamın son yaradıcılıq dövrünün ən mühüm sənət nümunələrindən biri hesab edirlər.
Digər Xəbərlər
19 Noyabr 2026 22:58
Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasında - FOTOLAR
19 Noyabr 2026 11:30
Əməkdar artist: “İşsiz olmağımdan həmkarlarımın xəbərləri yoxdur”
18 Noyabr 2026 11:37
Aktyor: “Elə bilirdim ki, Azərbaycan kinosunun xilası olacam”
18 Noyabr 2026 11:17
Xaliq Tağıyev: “Heç bir qadın atamın şıltaqlığına dözməzdi”
18 Noyabr 2026 10:54
Aktrisa: “Onu bağışlaya bilmədim”
16 Noyabr 2026 13:41
Əməkdar artist: “Düşünmədən bu təklifi qəbul edərdim”
15 Noyabr 2026 16:25
Arif Mirzəyev dəfn edildi - YENİLƏNİB
13 Noyabr 2026 16:51


Bakı -°C

