Vaqif Əsədov: Polis Peşə Bayramı Münasibətilə Təbrik

Hörmətli cənab Vilayət Eyvazov,
Əziz həmkarlar, Azərbaycan polisinin mərd və fədakar övladları!
Sizi 2 iyul – Polis peşə bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, çətin və şərəfli vəzifənizdə hər birinizə cansağlığı, möhkəm iradə və peşəkar uğurlar arzulayıram.
Azərbaycan polisi tarix boyu dövlətçiliyimizin və vətəndaşlarımızın təhlükəsizliyinin keşiyində dayanaraq, cəmiyyətin sabitliyində və qanunun aliliyinin təmin olunmasında böyük xidmətlər göstərmişdir. Bugün də siz bu müqəddəs missiyanı ləyaqətlə davam etdirir, xalqımızın etimadını doğrultmaqda nümunəvi fəaliyyət sərgiləyirsiniz.
Başda Daxili İşlər naziri, hörmətli cənab general-polkovnik Vilayət Eyvazov olmaqla, bütün DİN rəhbərliyinə və polis orqanlarında xidmət edən və etmiş hər kəsə təşəkkürümü bildirirəm. Bu günün xüsusi anlamı var – çünki həm fədakarlığınız, həm də vicdanla yerinə yetirdiyiniz vəzifələr vətən və xalq qarşısında əvəzsiz dəyər daşıyır.
Uca Allah bütün polis əməkdaşlarını qorusun! Vətənə, xalqa və qanunlara sədaqətlə xidmətiniz daim ucalarda olsun!
Ən xoş arzularla,
Vaqif Əsədov
Polis polkovniki (Təqaüdçü)
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin veteranı
Digər Xəbərlər

Azərbaycan və Özbəkistan prezidentləri “Sea Breeze”də olublar - FOTOLAR

Bakı Şəhər İcra Hakimiyyətində müşavirə - Qəzalı binalarla bağlı Komissiya yaradıldı

Səfərovların Bakıda yas mərasimi keçiriləcək
