Vatikanda Roma Papası Fransisklə vida mərasimi başlayıb

Aprelin 21-də vəfat edən Roma Papası Fransiskin Vatikandakı iqamətgahındakı kapellasında - "Müqəddəs Marfa" evində onunla vida mərasimi başlayıb.
Adalet.az xəbər verir ki, mərasimdən fotoşəkillər Vatikanın rəsmi KİV-I tərəfindən dərc edilib.
Fransisk Santa Maria Maggiore bazilikasında dəfn ediləcək. 2022-ci ildə hazırlanmış və dünən açıqlanan vəsiyyətnamədə pontifik dəfn olunmaq istədiyi dəqiq yeri göstərib. Vəsiyyətnamədə qeyd olunduğu kimi, onun dəfn xərcləri xeyriyyəçi tərəfindən ödənilib.
Dəfn mərasiminin şənbə günü, aprelin 26-da keçiriləcəyi gözlənilir. Vatikan qaydalarına görə, pontifik ölümündən 4-6 gün sonra dəfn edilməlidir.
Qeyd edək ki, Müqəddəs Taxtın mətbuat xidmətinin dünən yayımladığı rəsmi tibbi hesabatda Fransiskin koma və ürək dayanmasına səbəb olan insult keçirdiyi bildirilir.
Digər Xəbərlər

Ukrayna Silahlı Qüvvələri elit alayını Kurska köçürür

Rusiya XİN -dən xəbərdarlıq:" Qərb Ermənistanı öz oyunlarına cəlb edərsə..."

Nankorlar, bir günlük matəm də elan etmədilər...
