17 Oktyabr 2024 13:20
162
ŞOU-BİZNES

Vəfa Şərifova: “Bilmirəm ki, hansı biri ilə mübarizə aparım”

Bir müddət öncə  həmkarı Şəbnəm Qəhrəmanova ilə problem yaşayan Vəfa Şərifova məsələyə aydınlıq gətirib.

Adalet.az bildirir ki, Vəfa nikahdankənar övlad dünyaya gətirməyin mənfi hal olduğunu söyləyib. Şərifovanın bu sözləri həmkarının xoşuna gəlməyib. Vəfa isə məsələyə belə münasibət bildirib:

“Nikahdankənar uşaq dünyaya gətirməyin yaxşı hal olmadığını söyləmişəm. Bu da Şəbnəmin xoşuna gəlməyib. Məndən inciyib. Sonra özü ilə əlaqə saxladım. Danışdıq,məsələ həll olundu. Ona izah etdim ki, bundan niyə inciyirsən ki? Səndən əvəl bu səhvi özüm etmişəm. Dediyim sözlər ən birinci özümə aiddir. İnsan gərək öz səhvini görməyi bacarsın. Yoxsa ki, yaşamaq çətin olar. İnanın ki, çətin durumdayam. Bilmirəm ki, bunların hansı biri ilə mübarizə aparım (gülür)”.

Əntiqə