"Vəfat edən şəxsin pensiya fonduna yığılmış vəsaiti ailə üzvlərinə verilsin" - Deputat
"Şəxs dünyasını dəyişirsə, onun pensiya fondunda yığılmış vəsaitinin vərəsəlik əsasında ailə üzvlərinə verilməsi qanunvericilikdə öz əksini tapmalıdır".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deputat Arzuxan Əlizadə deyib.
O bildirib ki, hazırda əmək müqaviləsi olan işləyənlərin, eləcə də reallıqda olduğundan aşağı əməkhaqqı fiksə olunmaqla bir çox hallarda əlavə ayırmalar olmasın deyə minimum əməkhaqqı göstərilməklə işləyənlərin sayı kifayət qədər çoxdur.
Deputat qeyd edib ki, bir sıra sahələr üzrə mütəxəssislərin pensiyaya çıxmasında könüllülük prinsipi tətbiq olunmalıdır: "Xüsusilə, 65 yaşlı həkim və müəllimlərin mütləq şəkildə pensiyaya çıxması şərtləndirilməli deyil. 65 yaşına çatmış müəllim və həkimlərin mövcud təcrübəsindən yararlanmaq əvəzinə onları təqaüdə göndərmək nə dərəcədə faydalı və ədalətlidir? Doğru olardı ki, müəllim və həkimlərə ən azından 70 yaşa qədər öz istəyi əsasında işləmək imkanı verilsin. Onsuz da bu kateqoriyadan olan şəxslər 70 yaşına qədər hər il müəssisə rəhbəri ilə bir illik müqavilə bağlamaqla işdə qala bilirlər. Bu amil özü də bir sıra neqativ hallara səbəb olur".
Digər Xəbərlər
15 Dekabr 2025 10:39
Azərbaycanda bu şəxslərə iki dəfə çox maaş ödəniləcək
13 Dekabr 2025 15:54
Azərbaycanda 1C üzrə ilk praktiki seminar keçirildi - FOTOLAR
12 Dekabr 2025 17:35
Kafe və restoranların dövriyyəsi 2.5 mlrd. manata yaxınlaşıb
12 Dekabr 2025 17:11
Vəfat edən şəxsin sığorta məbləği ailəsinə veriləcək? - AÇIQLAMA
12 Dekabr 2025 14:20
Mqer Qriqoryan: "Azərbaycan neft məhsullarının idxalı üçün imkanlar var"
12 Dekabr 2025 10:50
“Strateji qida menyusu artıq bizim adət etdiyimiz kimi mətbəxlərdə bişmir...”
11 Dekabr 2025 15:07
“Azərbaycanın kredit reytinqinin yüksəlməsi hər zaman müsbət siqnaldır”
10 Dekabr 2025 17:20


Bakı -°C

