adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
30 Iyun 2022 13:48
1948
HÜQUQ

Vəkillər Kollegiyası yeni uğura imza atdı

Gülşən Salmanova,

Bakı şəhər “Mərkəz” Vəkillər Bürosunun direktoru

 

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası qeyri-dövlət,müstəqil,özünüidarə edən və bütün vəkillərin daxil olduğu təşkilat olmaqla,qeyri-kommersiya məqsədilə yaradılmışdır.Azərbaycan Respublikasının Vəkillər Kollegiyası,Azərbaycan SSR-nin 13 noyabr 1980-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan SSR vəkilliyi haqqında Əsasnamə” ilə fəaliyyət göstərmiş Vəkillər Kollegiyasının hüquqi varisidir. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının əsas vəzifəsi hər bir şəxsin hüquq və azadlıqlarının,qanunla qorunan mənafelərinin müdafiə edilməsindən,onlara peşəkar,yüksək keyfiyyətli,vicdanlı hüquqi yardım göstərilməsini təmin etməkdən,vəkillik peşəsinin nüfuzunu yuksəltməkdən ibarətdir. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının təşkili və fəaliyyəti "Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunu və ona müvafiq olaraq qəbul edilmiş Vəkillər Kollegiyasının Nizamnaməsi ilə müəyyən edilir.

Car il may ayının 13-də İrlandiyanın paytaxtı olan Dublin şəhərində keçirilən Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasının (CCBE) plenar iclasında  Azərbaycan Respublikasının Vəkillər Kollegiyası həmin təşkilata üzv qəbul edildi.Qeyd olunmalıdır ki, CCBE Avropa Şurası və Avropa İttifaqına üzv olan bütün ölkələrin vəkillər kollegiyalarını birləşdirən ən nüfuzlu təşkilatdır. 4 illik məsuldar fəaliyyətin nəticəsi olaraq Azərbaycan Respublikasının Vəkillər Kollegiyası CCBE tərəfindən müstəqil peşə birliyi olaraq rəsmən tanınmış və gərgin müzakirələrin nəticəsində böyük səs çoxluğu ilə təşkilata üzv qəbul olunmuşdur.

Qeyd edilən təşkilat Avropa Şurası və Avropa İttifaqına üzv olan 46 ölkənin vəkillər kollegiyalarını və 1 milyondan çox vəkili birləşdirir.

Vəkillər Kollegiyasının CCBE-yə qəbul edilməsi beynəlxalq əlaqələrin qurulmasında böyük əhəmiyyətə malikdir.

Vəkilliyin müstəqil təsisat kimi formalaşması və təşəkkülü Azərbaycan Respublikasının Ümümmilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır.Ulu Öndər Heydər Əliyevin 28 dekabr 1999-cu ildə imzaladığı "Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunla vəkillik tam müstəqil,hakimiyyətin heç bir qolundan asılı olmayan bir təsisat kimi formalaşmışdır. 3 noyabr 2004-cü ildə isə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası təsis olunmuşdur.

22 fevral 2018-ci il tarixdə qəbul olunmuş "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamında Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının müvafiq binalar ilə təmin olunması,dövlət hesabına göstərilən hüquqi yardıma görə müəyyən edilmiş məbləğin 3 dəfə artırılması və bu sahənin inkişafı ilə bağlı digər məsələlər öz əksini tapmışdır.

Vəkilliyin müstəqilliyinin tərəqqisi məhz Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin diqqəti və qayğısı sayəsində tarixə imza atdı.Ölkə başçısı zati-aliləri,möhtərəm İlham Heydər oğlu Əliyev tərəfindən "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı buna bariz nümünədir.Sözügedən Sərəncamdan önə çıxan bir çox layihələr və tədbirlər icra olunmaqdadır.Sərəncamın mahiyyəti,onun başlıca vəzifəsi,vətəndaşların hüquqlarının müdafiəsinin yüksək və əhəmiyyətli dərəcədə təmin olunmasını təşkil edir.Bu baxımdan Sərəncam dövlət başçısının vəkillərin peşə fəaliyyətinə göstərdiyi diqqət və qayğının əyani nümunəsi kimi qəbul olunur.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasında ölkədə vəkillik institutunun inkişafı ilə bağlı aparılan islahatlar kifayət qədər öz bəhrəsini verməkdədir.

2019-cu ildə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə Birləşmiş Krallığın vəkillər birliyi olan Hüquq Cəmiyyəti arasında əldə olunmuş razılığa əsasən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvləri Böyük Britaniyada vəkilliyə qəbul üzrə müvafiq imtahanı verməklə İngiltərə və UELS ərazisində vəkillik fəaliyyəti ilə məşğul ola bilər.

Avropa Şurası və Avropa İttifaqına üzv olan ölkələrin vəkillər kollegiyalarını və 1 milyondan çox vəkili birləşdirən CCBE-nin fəaliyyətinin əsas məqsədi vəkil peşəsini tənzimləyən normativ qaydaların qəbulu vasitəsilə qanunun aliliyi,insan haqqları və demokratik dəyərlərin müdafiəsini təşkil etməkdir.Bu təşkilata üzvlük Azərbaycan  vəkillərinin avropalı vəkillər və hüquq cəmiyyətləri ilə əmkdaşlıq imkanlarının genişləndirilməsi,onların peşə hazırlığının artırılması,avropalı həmkarları ilə təcrübə mübadiləsinin aparılması imkanlarının artmasına şərait yaradacaq.

Bu uğura aparan yol Azərbaycanda həyata keçirilən ardıcıl hüquqi islahatlar,vəkillik institutunun təkmilləşdirilməsi istiqamətində dövlət səviyyəsində atılan ciddi addımlar və mütərəqqi təcrübəyə söykənən səmərəli fəaliyyətlə müşayiət olunur.

Vəkillər Kollegiyasının CCBE kimi nüfuzlu beynəlxalq quruma üzvlüyə qəbul olunmsı böyük diplomatik uğurdur.Bu uğurun əldə edilməsində, 2017-ci ilin dekabr ayından Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri seçilən,hörmətli Anar Bağırovun yüksək idarəçiliyi ilə həyata keçirilən mütərəqqi islahatların əvəzedilməz rolu var. 2017-ci ilin sonundan başlayaraq Vəkillər Kollegiyası sürətlə inkişaf edən,daxili və beynəlxalq nüfuzunu artıran bir qurum olaraq yenidən formalaşmağa başlamışdır.

Artıq üzv ölkələrin iştirakı və Bolqarıstan Ali Vəkillər Kollegiyası Şurası(BAVKŞ)-nın ev sahibliyi ilə ,22-24 iyun 2022-ci il tarixlərində CCBE Komitələrinin iclasları keçirilmişdir. Azərbaycan Respublikası Vəkillər Kollegiyasını isə,sədr Anar Bağırov,Rəyasət Heyəti üzvü Elçin Usub və Aparat rəhbəri Bayram Orucov tərəfindən təmsil olunmuşdur.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin vəkillik təsisatına verdiyi önəm,göstərdiyi diqqət və qayğının nəticəsi olaraq, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası öz işini müasir beynəlxalq standartlar səviyyəsində qurulması üçün,bütün imkan və bacarıqlarını cəmləyərək fəaliyyət göstərir.Ötən 4 il ərzində məsuldar və əzmkar fəaliyyət zəmnində,hörmətli Anar müəllimin zər dəqiqliyi ilə apardığı islahatların nəticəsi olaraq, Azərbaycan Vəkillər Kollegiyası CCBE-yə üzvlüyü reallaşdı.CCBE-yə üzvlük statusu Azərbaycan Respublikasında vəkil təsisatının zamanın tələblərinə uyğun qurulmasının,ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində qazanılan böyük nailiyyətdir.Bu sahədə həyata keçirilən mütərəqqi islahatların dünya birliyi tərəfindən tanınması və təqdir edilməsinin məntiqi nəticəsi olaraq Azərbaycan Respublikasının Vəkillər Kollegiyası bu uğura imza atdı.

Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasına üzvlük,bütövlükdə Azərbaycan Vəkillərinin uğurudur.Bu əlamətdar və müstəsna əhəmiyyətə malik tarixi hadisə münasibətilə bütün Azərbaycan vəkillərini təbrik edir,bu yolda hər kəsə şərəfli peşə fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzu edirəm.