Vətən müharibəsində qazanılan Qələbə mühüm tarixi nailiyyətdir - Sahibə Qafarova
"44 günlük Vətən müharibəsində qazanılan Qələbə şəhər və kəndlərimizin Ermənistanın 30 illik işğalından azad edilməsinə, dövlətimizin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm tarixi nailiyyətin əldə olunmasına şərait yaradıb".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin payız sessiyasının ilk iclasında Milli Məclisin sədri Sahibə Qafarova deyib.
Onun sözlərinə görə, 2023-cü ilin sentyabrında həyata keçirilən birgünlük antiterror əməliyyatı isə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi prosesinin ən mühüm mərhələsini başa çatdırıb. Bununla dövlətimizin suverenliyi tam bərpa edilib, Azərbaycan Konstitusiyasının qüvvəsi ölkəmizin bütün ərazisində təmin olunub.
“Bu tarixi nailiyyətlər Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurla davam etdirdiyi strateji siyasi xəttin təntənəsini əks etdirir. Azərbaycan xalqı düşmən üzərində tarixi Qələbəni qazandıran Müzəffər Ali Baş Komandana, Vətən uğrunda canından keçmiş şəhidlərimizə, eləcə də qəhrəman əsgər və zabitlərimizə daim minnətdar olacaq”, - deyə Sahibə Qafarova vurğulayıb.
Digər Xəbərlər
30 Sentyabr 2026 12:01
"Bir sıra hallarda kobud qanun pozuntularına yol verilir" - Deputat
30 Sentyabr 2026 11:46
Deputat sənədsiz evlərdən danışdı
30 Sentyabr 2026 11:44
“Qadın ana olduğu üçün işdən kənarda qalmamalıdır” – Razi Nurullayev
30 Sentyabr 2026 11:41
“Bu qarşıdurmanın Ermənistandan kənarda da əks-sədası olacağı gözləniləndir”
30 Sentyabr 2026 11:40
Sosial şəbəkələrdə radikallaşmanın qarşısı alınmalıdır - Sahib Alıyev
30 Sentyabr 2026 11:37
"Həmrəylik təkcə zaldan çıxmaqla ölçülmür" - Millət vəkili
30 Sentyabr 2026 11:15
Parlament Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib
30 Sentyabr 2026 11:05


Bakı -°C

