"Vətəndaşa hər hansı əlavə maliyyə öhdəliyi yaratmaq fikrimiz yoxdur" - Nazir müavini
“Əslində bu gün inkişaf etmiş ölkələrdə elektron dövlət xidmətləri vətəndaşa pulsuz təqdim olunur. Vətəndaş elektron dövlət xidmətindən pulsuz olaraq istifadə etməlidir. Hətta xaricdə tətbiqlər (application) internetsiz, “offline” rejimdə çalışır. Vətəndaş internet xərci ödəmədən dövlət xidmətinə çıxış əldə etməlidir”.
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Vüqar Bayramov deyib. O bildirib ki, elektron imza xərcdir və elektron imzanın xərci son illər artıb:
“Biz əslində əmək müqavilələrini elektronlaşdırmaqla elektron imzaya məcbur edirik. Elektron imzanın məcbur edilməsi xüsusən də aqrar sektorda çalışan 38 % insanımız üçün əlavə xərc yaradır. Sualım bundan ibarətdir ki, ümumiyyətlə elektron əmək müqavilələrin “offline” rejimdə işləməsi, elektron imzanın əvəzlənməsi nəzərdə tutulubmu? Əgər əvəzlənmə olmayacaqsa, elektron imzanın xərclərinin azaldılması ilə bağlı müzakirələr gedirmi?”
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev cavab olaraq bildirib ki, nazirliyin vətəndaşlara təqdim etdiyi bütün xidmətlər ödənişsizdir: "Elektron platformalardan istifadə üçün də ödəniş yoxdur. Əmək müqavilələrinin elektron əmək müqaviləsinə keçidi layihəsi çərçivəsində vətəndaşlar üçün hər hansı xərcin təyin edilməsi nəzərdə tutulmayıb. Bu çərçivədə elektron imzanı alacaqlarsa, onun üçün hər hansı ödəniş edilməyəcək. Burada vətəndaşa münasibətdə hər hansı əlavə maliyyə öhdəliyi yaratmaq fikrimiz yoxdur".
Digər Xəbərlər
23 Mart 2026 18:45
İrandan Azərbaycana indiyədək 77 ölkənin vətəndaşı təxliyə olunub
23 Mart 2026 17:34
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək
23 Mart 2026 17:05
Araz Paşayev: Məqsəd təhsil işçilərinin asudə vaxtının daha səmərəli təşkilidir
23 Mart 2026 16:00
“PUA-lar uçacaq, narahat olmayın” - MN
23 Mart 2026 09:43
Sakit okeanda 5,5 bal gücündə zəlzələ oldu
23 Mart 2026 09:26
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
22 Mart 2026 16:47
Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti Tbilisiyə səfər edib
22 Mart 2026 13:50


Bakı -°C

