Vətəndaşların əmək hüquqlarını pozanlar cərimələndi
Vətəndaşların əmək hüquqlarının pozulması halları ilə bağlı vətəndaşlardan və Əmək və Əhalinin Sosial Müdafiəsi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) daxil olmuş məlumatlar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.
Adalet.az xəbər verir ki, araşdırma zamanı “Holidays Tour” MMC hüquqi şəxsi və onun vəzifəli şəxsi tərəfindən vətəndaşların əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb edilməsi, “İnam 2019” MMC-nin vəzifəli şəxsi tərəfindən isə əməyin mühafizəsi qaydalarının pozulması, “Alıoğlu Construction” MMC-nin vəzifəli şəxsi və fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Ə.Məmmədov tərəfindən isə işçilərin əməkhaqqının ödənilməsi zamanı qanun pozuntularına yol verilməsi halları müəyyən edilib.
Qeyd olunan hüquqpozmalar üzrə İnzibati Xətalar Məcəlləsinin 192.1, 192.4 və 198.3-cü maddələri ilə inzibati xəta haqqında iş üzrə icraatlar başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəmələrə və müvafiq səlahiyyətli quruma göndərilib. Səlahiyyətli qurum və müvafiq rayon məhkəmələrin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində, vəzifəli şəxslər isə 5 min manatadək müxtəlif məbləğlərdə inzibati qaydada cərimə olunub.
Digər Xəbərlər
13 May 2026 18:13
Beynəlxalq axtarışda olan Hindistan vətəndaşı təhvil verildi
08 May 2026 11:52
İlk nikah pozuldu, ikinci nikah etibarlı sayıldı - Ali Məhkəmənin qərarı
06 May 2026 11:44
“Azərbaycanda mediasiya institutunun inkişafı: Mediatorlar üçün silsilə təlimlərə start verilib”
06 May 2026 10:13
Baş Prokurorluqdan Asif Nəsirlinin ölümü ilə bağlı AÇIQLAMA
01 May 2026 12:56
Azərbaycanda bir vəkilə töhmət verildi - Digərlərinə isə...
01 May 2026 10:45
Məhkəmədə borc verdiyinizi necə sübut edə bilərsiniz? - Hakimdən açıqlama
28 Aprel 2026 15:12
Piyadanın vurulması ilə nəticələnən yol qəzası üzrə HÜQUQİ MÖVQE
27 Aprel 2026 12:24


Bakı -°C

