Veyp istifadəçilərinə ciddi xəbərdarlıq edildi
Elektron siqaretlərin uzunmüddətli təsiri tam araşdırılmasa da, mövcud elmi tədqiqatlar onların sağlamlıq üçün ciddi risklər daşıya biləcəyini göstərir.
Adalet.az xəbər verir ki, rusiyalı otorinolarinqoloq Mariya Kuprina bildirib ki, əkimin sözlərinə görə, elektron siqaret mayeləri qızdırıldıqda kanserogen maddələr əmələ gətirə, buxarında isə ağır metallar ola bilər. Bu maddələr hava yollarını qıcıqlandırır, xroniki iltihaba səbəb olur və hüceyrələrin DNT-sini zədələyərək ağciyər, qırtlaq və ağız boşluğu xərçəngi riskini artıra bilər.
Mütəxəssis qeyd edib ki, risk istifadə müddəti, intensivliyi və insanın fərdi xüsusiyyətlərindən asılı olaraq dəyişir. O, uzun sürən öskürək, sinə ağrısı və səs batıqlığı kimi əlamətlər yarandıqda həkimə müraciət etməyi, sağlamlığı qorumaq üçün isə elektron siqaretlər və digər tütün məhsullarından uzaq durmağı tövsiyə edib.
Digər Xəbərlər
14 Avqust 2026 17:42
Demensiyasız həyat üçün bunu edin
13 Avqust 2026 16:09
Azərbaycanda 9 nəfərdə "qarayara" aşkarlandı - BİRGƏ MƏLUMAT
13 Avqust 2026 09:30
Samuxda kütləvi zəhərlənmə
10 Avqust 2026 11:17
Bakıda daha bir kosmetoloji mərkəz lisenziyasız fəaliyyət göstərirmiş
10 Avqust 2026 09:13
Bu 3 faktor demensiyanı 13 il gecikdirir
09 Avqust 2026 00:51
Dünyada 2,2 milyard insanın görmə problemi var
08 Avqust 2026 15:58
Bu içkilər gələcəkdə yüksək təzyiqə səbəb ola bilər
07 Avqust 2026 09:31


Bakı -°C

