adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
17 Yanvar 2019 16:02
113167
MÜSAHİBƏ

Vidadi Həsənov YUĞ-dan çıxarılan aktyor barədə: "Bunlar hamısı boş şeylərdir"

Rejissor Sahib Ağazadənin YUĞ-danuzaqlaşdırılmasına teatrın əməkdaşı Məmməd Səfa bəy etiraz etsə də, teatrın digərəməkdaşı Vidadi Həsənov heç bir mövqe ortaya qoymayıb.

Adalet.az saytı olaraq məsələ ilə bağlı Vidadi Həsənova saulünvanladıq.

- Vidadi bəy, Sahib Ağazadənin YUĞ teatrından uzaqlaşdırılmasınateatrın aktyorlarından biri xalq artisti Məmməd Səfa bəy və digər aktyorlardanda bəziləri etiraz edib. Amma bu müddət ərzində sizdən heç bir reaksiya görmədik.Bununla bağlı nə deyə bilərsiniz?

- Bu məsələilə bağlı heç bir reaksiya verməyəcəyəm. Çünki bu mənə aid məsələ deyil. Bu teatrıniçində olan inzibati bir məsələdir. Bununla bağlı qıraq-bucaqda ajiotaj yaradırlar, düşünürəm ki, bunlar hamısı boşşeylərdir.

- O zaman belə çıxır ki, teatrın içində qarşıdurmavar, bu belədirmi?

- Siz ənyaxşısı teatrın baş rejissoruna zəng edin. Məsələnin kökünü bilmirsiniz deyə,bizdən hansısa bir reaksiya gözləyirsiniz. Əsas məsələ bu hadisə ilə bağlıreaksiya vermək yox, insanların bu məsələnin kökünə gedib çıxmağını gözləməkdir.O zaman hamı öz işini biləcək .