“Vidadiyla oğlum Elçibəy son anlara qədər sığınacaqda olublar, amma...”
“Oğlum Elçibəylə yeznəm Vidadi son anlara qədər bir yerdə sığınacaqda olublar. Vidadinin bir anlıq sığınacaqdan çıxması onun minamyot qəlpələrinə tuş gəlməsinə səbəb olub və o aldığı qəlpə yaralarından şəhid olub”
Bunu Adalet.az-ın əməkdaşıyla söhbəti zamani Birinci Qarabağ müharibəsi veteranı Şünasi Babayev deyib. Şünasi Babayev Vidadi Fərhadovun şəhid qardaşı olduğunu bildirib:
“Vidadinin ölümü bizi dərindən sarsıtdı. Heç bunu gözləmirdik. Vidadi də otuz il Şuşa həsrətiylə yaşadı və sonda Şuşaya qovuşub şəhid oldu. Qardaşı Füzuli də 1991-ci ildə “Alazan” raket qəlpələrindən aldığı yara nəticəsində şəhid olmuşdu. Şuşa işğaldan azad ediləndən sonra isə sevinə-sevinə orda işləməyə getdi. Amma çox təəssüf ki, düşmən gülləsinə tuş gəldi. Görünür Vidadinin də alın yazısı beyləymiş. Allah cəmi şəhidlərimizə rəhmət eləsin”.
Qeyd edək ki, sentyabrın 19-da Erməni silahlı qüvvələrinin birləşmələrinin Şuşaya terror hücumu nəticəsində mülki şəxs Fərhadov Vidadi Aydın oğlu həlak olub.
Əlli altı yaşlı V.Fərhadov Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mənzil-kommunal və təmir xidmətində mühəndis kimi çalışırmış.
Vasif Əlihüseyn
Digər Xəbərlər
11 Sentyabr 2026 18:37
Son bir həftədə yaşıllıqlara 43 min manatdan çox ziyan vurulub
11 Sentyabr 2026 11:23
Bakıda 18 yaşlı qızın meyiti tapıldı
11 Sentyabr 2026 10:56
Ağdərədə mina partladı - 21 yaşlı gənc xəsarət aldı
11 Sentyabr 2026 10:15


Bakı -°C

