WUF13 çərçivəsində MİM tərəfindən tədbir keçirildi - FOTOLAR
20 may tarixində Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində “Media İnkişaf Mərkəzi (MİM)” İctimai Birliyi tərəfindən “Urban Dayanıqlılıq və Mənzilləşmə ilə bağlı İctimai Müzakirədə Media Hərəkətverici Qüvvə kimi” mövzusunda tədbir keçirilib.
Adalet.az xəbər verir ki, tədbirdə MEDİA Agentliyinin struktur bölmə rəhbərləri, media nümayəndələri, beynəlxalq ekspertlər, parlament üzvləri və müxtəlif qurumların təmsilçiləri iştirak ediblər.
Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü, ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media ixtisasının müəllimi Şəfəq Mehrəliyeva çıxışında WUF13 kimi beynəlxalq platformaların şəhərsalma, dayanıqlı inkişaf və urbanizasiya məsələlərinin ictimai müzakirəsində mühüm rol oynadığını bildirib. Qeyd olunub ki, belə qlobal təşəbbüslərin cəmiyyətə düzgün çatdırılmasında media peşəkarlığı, rəqəmsal kommunikasiya və keyfiyyətli ictimai məlumatlandırma xüsusi əhəmiyyət daşıyır.
Medianın İnkişafı Agentliyinin Beynəlxalq əlaqələr və sənədlərlə iş departamentinin direktoru Rasim Bağırov isə şəhərsalma və dayanıqlı inkişaf mövzularının ictimaiyyətə düzgün çatdırılmasında medianın rolundan danışıb. Bildirilib ki, urbanizasiya, iqlim dəyişiklikləri və şəhər dayanıqlılığı ilə bağlı məsələlərin peşəkar və məsuliyyətli şəkildə işıqlandırılması müasir informasiya mühitində vacib faktordur.
Tədbirdə şəhər dayanıqlılığı, mənzil siyasəti, iqlim çağırışları və ictimai kommunikasiya məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
14 Iyul 2026 11:37
Jurnalist vəsiqəsinə görə ödəniş ləğv edilir
14 Iyul 2026 11:35
Media və Yayım Şurası yaradılır
13 Iyul 2026 20:07
İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda - FOTOLAR+VİDEO + YENİLƏNİB
13 Iyul 2026 09:00
Bu gündən IV Şuşa Qlobal Media Forumu başlayır
11 Iyul 2026 15:16
Şuşada beynəlxalq tədbir - Hansı məsələlər müzakirə olunur? - VİDEO
10 Iyul 2026 10:15
IV Şuşa Qlobal Media Forumu bu tarixdə keçiriləcək
01 Iyul 2026 15:35
"Ədalət" qəzetinin əməkdaşı MEDİA-nın müsabiqəsində qalib oldu
01 Iyul 2026 14:03


Bakı -°C

