WUF13-ün ikinci günü öz işinə başlayır
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) ikinci gününə start verilir.
Adalet.az xəbər verir ki, bu gün forum tarixində ilk dəfə olaraq Azərbaycanın təşəbbüsü ilə Liderlər Sammiti keçiriləcək.
Bundan başqa, Assambleyaların birgə yekun iclası, "Urban Expo Sərgisinin" rəsmi açılışı, həmçinjn Afrika regionu üzrə Nazirlərin Regional Görüşü baş tutacaq.
Əlavə edək ki, WUF13 BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Hökumətinin birgə təşkilatçılığı ilə keçirilir.
"Hər kəs üçün yaşayış yerləri: Təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusuna həsr olunan forum mayın 22-dək davam edəcək.
Forum çərçivəsində şəhərlərin gələcəyi, dayanıqlı inkişaf, iqlim çağırışları və insan rifahı ilə bağlı qlobal məsələlər müzakirə olunur.
Xatırladaq ki, forumun ilk günüdə Azərbaycanın sədrliyi ilə Yeni Şəhərsalma Proqramına dair nazirlər səviyyəsində görüş, Qadınlar Assambleyası, Yerli və regional hökümətlərin ümumdünya Assambleyası, İcma birliklərinin və vətəndaş cəmiyyəti təşkilatlarının Assambleyası, Uşaq və gənclər Assambleyası, eləcə də Biznes Assambleyası baş tutub.
Forum çərçivəsində keçirilən əlavə tədbirlər sırasında BMT-nin Məskunlaşma Proqramı və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin birgə təşkil etdiyi Qlobal Su Operatorlarının Tərəfdaşlıq Alyansı (GWOPA) yer alıb.
Digər Xəbərlər
18 May 2026 10:17
Şuşa və Trabzon şəhərləri qardaşlaşacaq
18 May 2026 10:14
Gələn ay Ombudsmanların Bakı Sammiti keçiriləcək
18 May 2026 10:13
“Vətəndaşlarımız yollarda qalır, stress keçirir, imtahana çata bilmir”
18 May 2026 10:01
Komitə sədri: Ölkəmiz qısa müddətdə böyük bərpa işləri həyata keçirib
18 May 2026 09:56
"Bakıda bu qədər yağış görməmişəm" - Anar Quliyev
18 May 2026 09:49
WUF13 ziyarətçilərinin sayı açıqlandı
18 May 2026 09:45
Urbanizasiya bina topluluğu deyil, insan hekayələridir - Nqa Kor Minq
17 May 2026 15:24


Bakı -°C

