Xain hücumu şiddətlə qınayıram - Fəxrəddin Altun

Azərbaycanın Tehrandakı səfirliyinə edilən xain hücumu şiddətlə qınayıram.
Adalet.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun öz "Twitter" səhifəsində yazıb.
"Şəhid qardaşımıza Allah rəhmət eləsin, yaxınlarına və qardaş Azərbaycan xalqına başsağlığı verir, yaralananlara şəfa diləyirəm. Başın sağ olsun, Azərbaycan!",- deyə qeyd edilib.
Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.
Digər Xəbərlər

"ABŞ-nin köməyi ilə bu müharibəni dayandıra bilərik" - Zelenski

Ağ Evdə Tramp-Zelenski görüşü keçirildi - VİDEO + YENİLƏNİB

Səfərov qardaşları və digər azərbaycanlıların həbs müddəti uzadılıb

Müxalifət Tramp-Putin görüşündən faydalanmaq istəyir

Avrokomissiya Ukraynaya 25 milyard avro ayıracaq

Tramp Putinlə bu şəhərdə görüşəcək – Tarixi açıqladı

Tramp Çinə meydan oxudu: “Onsuz da müharibənin içindəyik”
