Xalq artistinin səhhətində problem yaranıb - Ağdama gedə bilmədi
Xalq artisti Arif Babayevin səhhəti pisləşib. Səhğhətinə görə sənətkar "Muğam" televiziya müsabiqəsinin sonuncu buraxılışında iştirak edə bilməyib.
Adalet.az xəbər verir ki, moderator.az-a açıqlama özəl açıqlama verən ustad xanəndə səhhətindən danışıb.
"Şükür Allaha, hal-hazırda özümü yaxşı hiss edirəm. "Muğam" televiziya müsabiqəsinin növbəti buraxılışı Ağdamda baş tutdu. Yol uzun idi deyə gedə bilmədim. Həm də təzyiqim düşmüşdü. Ağdama bir dəfə gedib-gəldim, mənim üçün çox ağır idi. Bundan sonra müsabiqənin bütün buraxılışlarında iştirak edəcəyəm. Yaşıma görə uzaq bölgələrə gedə bilmirəm. Bakı ətrafı bölgələrdə iştirak edəcəyəm" deyə xanəndə bildirib.
Arif Babayev müsabiqədəki xanəndələrin istedadından da söz açdı.
"Muğam" televiziya müsabiqəsi həqiqətən də çox dəyərli və lazımlı layihədir. Yanımda hər zaman Əlibaba əyləşərdi, yeri görünür, boş qalıb. İndi belədir ki, o qədər xanəndədən təkcə biri seçiləcək. O qədər xanəndənin içərisindən biri çıxırsa bu byük şeydir. Biz də çalışırıq ki, ən yaxşısını seçək. Hələ seçirik, qulaq asa-asa gedirik. Onların çatışmayan cəhətlərini də deyirik, çalışırıq ki, yaxşıların-yaxşısı olsunlar. Muğam bizim milli sərvətimizdir, biz onu qoruyub, nəsildən-nəsilə ötürməliyik" deyə ustad xanəndə bildirib.
Digər Xəbərlər
10 Mart 2026 14:53
Leyla Əliyeva "Qız Qalası" qalereyasında - VİDEO
10 Mart 2026 12:30
Əməkdar artist: ““Kor” rejissorlara rast gəlməmişəm”
10 Mart 2026 11:58
Özündən əvvəl səsi tanınan adam - Əntiqə Kərimzadə yazır…
10 Mart 2026 10:38
118 Yaşlı Füzuli Teatrı - Mirqiyas Seyidsoylu yazır
02 Mart 2026 09:57
Leyla Əliyeva “Neft bumu hamıya gülümsəyir” tamaşasının nümayişində - FOTOLAR
27 Fevral 2026 12:14
“Addım-addım vətəndə” layihəsi Gəncədə
26 Fevral 2026 09:10
Xocalı: Unudulmaz yaddaşın musiqi ilə danışdığı axşam
25 Fevral 2026 18:50


Bakı -°C

