Xameneinin öldürülməsini şiələrə qarşı müharibə adlandırdı
İranın ali liderinin öldürülməsi dünya miqyasında müsəlmanlara, xüsusilə də şiələrə qarşı açıq şəkildə müharibə elanı kimi dəyərləndirilməlidir.
Adalet.az xəbər verir ki, bunu bu gün İran prezidenti Məsud Pezeşkian bildirib.
Prezident vurğulayıb ki, bu hadisə “tarixi cinayət” hesab olunur və İran məsul şəxslərin müəyyən edilərək cəzalandırılmasını öz qanuni hüququ və vəzifəsi sayır.
Pezeşkian qeyd edib ki, İran bu hadisənin günahkarlarından və təşkilatçılarından qisas almaq üçün bütün imkanlardan istifadə edəcək və bu istiqamətdə səylərini əsirgəməyəcək.


Bakı -°C

