30 Avqust 2024 12:02
275
GÜNDƏM

Xankəndidə 2 məktəb, 2 bağça AÇILACAQ

Yeni tədris ilində Xankəndi şəhərində 2 məktəb və 2 uşaq bağçası fəaliyyətə başlayacaq.

Adalet.az xəbər verir ki, bu təhsil ocaqları Xankəndi şəhərində fəaliyyət göstərəcək 4 saylı orta məktəb və Kərkicahan qəsəbəsində yerləşən təhsil müəssisəsidir. Yeni tədris müəssisələrində “Böyük Qayıdış” proqramı çərçivəsində şəhərə qayıdacaq şagirdlər orada təhsil alacaqlar.

Qarabağ Regional Təhsil İdarəsinin müdir müavini Anar Məcidov bildirib ki, Xankəndiyə köçən insanların işlə təmin olunması, onların övladlarının təhsil alması hazırda vacib məsələlərdən biridir:

“Valideynlər bu məsələ ilə bağlı narahat olmasınlar, övladlarının təhsili ilə bağlı zəruri işlər görülür. Bu ərazidə yaşayan insanların təhsil ocaqlarında işlə təmin olunması ilə bağlı məsələyə də baxılır”.