Xankəndidə büstü var, İrəvanda heykəli olacaq: "Milli qəhrəman", müğənni Şarl Aznavur

Ermənilər Fransanın etnik erməni müğənnisi Şarl Aznavura İrəvanda abidə qoymaq fikrinə düşüblər.
Adalet.az xəbər verir ki, İrəvan Ağsaqqallar Şurasının qərarına əsasən, İrəvanın Fransa meydanında Şarl Aznavurun abidəsi qoyulacaq:” Bu, çox mühüm və düzgün qərardır. Üstəlik, yəqin hamınız bilirsiniz ki, 2024-cü ildə məşhur erməni, dünya şöhrətli bəstəkar və müğənni Şarl Aznavurun 100 illiyi tamam olur.
Şarl Aznavurun erməni xalqına və Ermənistan Respublikasına göstərdiyi uzunmüddətli yardımda bağışlanmaz və əvəzolunmaz rolunu, onun erməni xalqının milli maraqlarına və Ermənistan Respublikasının dövlət maraqlarına xidmətə sədaqətini, habelə Onun 20-ci əsrin ən məşhur ermənisi adına iddia edə biləcəyi faktı, məncə, İrəvan Zvartnots Beynəlxalq Hava Limanına Şarl Aznavurun adının verilməsi ilə bağlı müzakirə edilməli və qərar qəbul edilməlidir Dünyada belə misallar çoxdur və hesab edirəm ki, Aznavurun 100 illiyi bu məsələnin həlli üçün çox münasib vaxtdır"-deyə İrəvan Ağsaqqallar Şurasının nümayəndəsi vurğulayıb.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycanın qədim şəhəri olan Xankəndində- Mədəniyyət Mərkəzinin ərazisində yerləşən Erməni-Fransız Dostluq Parkında büstü qoyulan Şarl Aznavur (Şaxnuur Vaxinak Aznavuryan) 1924-cü il mayın 22-də Parisə Ermənistandan gələn ailədə doğulub.
Aznavur 7 dildə 1200 mahnı yazıb, 94 ölkədə konsert verib, 180 milyondan çox musiqi valı yazdırıb, 60-dan çox kinofilmdə çəkilib.
O, üç dəfə evli olub, 6 övladı var.
1998-ci ildə "Time" jurnalı və CNN telekanalının keçirdiyi rəy sorğusuna görə, XX əsrin ən yaxşı estrada ifaçısı kimi seçilib.
Artist Fransa Fəxri legion ordeninə layiq görülüb, UNESCO-da Ermənistanın səfiri olub, "Ermənistanın milli qəhrəmanı" adına layiq görülüb.
Yerevanda bir meydana onun adı verilib, Gümrü şəhərində ona heykəl qoyulub.
SSRİ dağılandan sonrakı dövrün hər ilində Aznavur Ermənistana fəal kömək göstərib, tarixi vətəni ilə bağlı olduğunu həmişə vurğulayıb. Qondarma "erməni soyqırmı"nın tanınmasının fəal təbliğatçılarından biri olub.
Şarl Aznavur 2018-ci ildə 94 yaşında ölüb. Müğənninin fərqli oryentasiyası haqqında söhbətlər gedir, onun homoseksual olduğu bu günə qədər müzakirə edilir.
P.S.Biz dünya ictimaiyyətinə tanış olan nə alimimizdən, nə biznesmenimizdən, nə iş adamından yarıdıq. Xoşbəxt ermənilər Kim Kardaşyan kimi "mejdunarodnu" fahişəsindən də yarıyır, Şer adlı müğənnisindən bəhrələnir dünyanın "gey dediyi Şarl Aznavurundan da "baltutub, barmağın yalayır". O birilərini demirəm, tək artistlərini nəzərdə tuturam
Əntiqə Rəşid
Digər Xəbərlər
25 Oktyabr 2025 10:20 Vahid Novruzov teatr xadimləri ilə görüşdü - FOTOLAR
24 Oktyabr 2025 12:55 Cəbrayıl şəhərində "Zəfərin 5-ci ili: Böyük Qayıdışın addımları" fotosərgisi və "Bura mənim evimdir" filminin təqdimatı keçirilib
23 Oktyabr 2025 12:12 Əməkdar artist: “Onunla elə dərdləşirəm ki, sanki…”
22 Oktyabr 2025 17:00 “Səmavi dinlər” layihəsi Vatikanda təqdim edilib - FOTO
22 Oktyabr 2025 16:19 Zəfər haqqında növbəti tamaşa
22 Oktyabr 2025 14:20 Nağılvari film və ya “Sehrli xalat”- Əntiqə Kərimzadə yazır…
22 Oktyabr 2025 11:10 İstanbul Avropanın ən populyar şəhər istiqamətləri arasında - FOTOLAR
21 Oktyabr 2025 12:50 

Bakı -°C 






