25 Sentyabr 2023 23:51
529
GÜNDƏM

Xankəndidə partlayışda yaralananlara tibbi ləvazimatlar göndərildi - FOTOLAR

Azərbaycan Xankəndidə benzin çəninin partlaması nəticəsində yaralanan şəxslərə yardım məqsədilə tibbi ləvazimatlar göndərib.

Adalet.az xəbər verir ki, tibbi ləvazimatlarla dolu avtomobil Ağdam-Xankəndi yolu ilə hadisə yerinə yollanıb.

Qeyd edək ki, Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib. Benzin çəninin partlaması nəticəsində yaralananlar var.