Xankəndidə, İrəvanda, indi də Fransada: Azərbaycan əleyhinə "imzatoplama" prosesi FOTOLARDA

Ötən ay xəbər vermişdik ki, Qarabağ iqtisadi rayonunda yaradılmış qondarma rejimin separatçıları Azərbaycana qarşı imzatoplama prosesinə başlayıblar. Qondarma rejimdə yaranan “ etnik təmizləməyə yox” hərəkatının mətbuat katibi Arşak Abramyan məsələ ilə bağlı sərsəm açııqlamasından sonra Ermənistan da bu prosesə qoşuldu.
Hazırda həm Qarabağdakı ermənilər və Ermənistandakı ermənilər özləri qeyd etdiyi kimi” Arsaxın taleyindən narahatlıq” hiss edərək imzatoplama prosesini yerinə yetirməkdədirlər
Adalet.az xəbər verir ki, Ermənistan parlamentinin deputatı Taquhi Tovmasyan da prosesə qoşulub. Amma o, prosesi Fransada davam etdirir. Beləki, deputat “Artsaxın etnik təmizlənməsinə yox” imzalarını toplamağa artıq başlayıblar.
Bunu erməni mediası Tovmasyanın sosial şəbəkə paylaşımına istinadən yazıb. Deputat yazıb:“Bir sıra diaspor üzvü olan soydaşlarım öz icmalarında imzatoplamanın təşkili xahişi ilə mütəmadi olaraq mənə müraciət etdikləri üçün biz Fransada simvolik aksiyaya başladıq.
Niyə məhz Fransada, çünki Fransa Artsax xalqının öz müqəddəratını təyinetmə zərurətini prezident səviyyəsində qaldıran və Nikol Paşinyanın bu mühüm barədə danışmadığı bir vaxtda qaldıran ilk və müstəsna ölkələrdən biridir.
Təəssüf ki, Fransada imzatoplamada yalnız Ermənistan vətəndaşlığı olan və Ermənistanda səsvermə hüququ olan şəxslər iştirak edə bilər. Məqsədimiz Ermənistan seçicilərinin bu mühüm prosesin iştirakçısı olmasıdır.
İmzatoplama 28 maya qədər - bazar gününə qədər davam edəcək. Bazar günü, prosesin getdiyi Parisin Məryəm kilsəsinin həyətində imzatoplamaya yekun vurulacaq.
Qeyd edək ki, erməni deputat hələ may ayının əvvəlində İrəvandakı imzatoplama prosesi barədə bu sözləri demişdi:” Ermənilər heç bir halda Azərbaycan daxilində azlıq hesab edilməməlidir. Bunu təkcə hakimiyyət orqanları deyil, danışıqlarda iştirak edən bütün qüvvələr də qəbul etməlidir”.
Əntiqə Rəşid
Digər Xəbərlər

Separatçılar laçınlılara şər atdı:"Qəhrəmanlıq abidəmizi dağıtmısınız" - FOTO

Cahit Bağçı: “Prezidentimiz yenidən seçildikdən sonra Azərbaycanda qurbanlar kəsilib”

Azərbaycanda hərbi vəzifəlilərin təlim toplanışı başa çatıb - VİDEO

ADR-in elanından 1 gün sonrakı TARİXİ SƏHV: Ermənilərə güzəşt edilən İrəvan...

Laçın rayonunda Şərqi Qafqaz turları və şahin quşları təbiətə, müxtəlif növ balıqlar Həkəri çayına buraxılıb

Prezident İlham Əliyevə Laçın şəhərinin Baş planı təqdim olunub

Azərbaycan Prezidenti Qarabağdakı erməni “məmurlar”a hansı hallarda güzəşt oluna biləcəyini açıqlayıb
