adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
15 May 2023 12:23
1656
MÜSAHİBƏ

“Xankəndinin erməni həkimləri səssiz qatillər idi, 45 il...” –İlham Cəmiloğlu ilə MÜSAHİBƏ

Hər il mayın 12-si Beynəlxalq Tibb Bacısı Günü kimi qeyd olunur. Bu gün dünyanın ən nəcib peşəsinin, ən xeyirxah əməllərin sahiblərinə təşəkkür etmək günüdür. Bəli, insan ona əziz olan canını bir həkimlərə bir də tibb bacılarına etibar edir! Bütün dünya bu gün bu peşənin sahiblərini şəfqətlə, bəzən xatircəmliklə, bəzən də xilaskar kimi xatırlayır.

Amma elə ağ xalatlılar var ki, onlara xilaskar, həyat qurtarıcı deyil, sırf qatil kimi baxılır. Soruşsanız ki, o hansı “ağxalatlılar”dır, həmin suala tanınmış tarixçi - jurnalist İlham Cəmiloğlu cavab verəcək. Adalet.az Xankəndidə doğulmuş, yaşamış, oradakı erməni milliyyətindən olan “ şəfqət” əvəzinə “zülmət” paylayan tibb bacılarını, həkimləri yaxından tanımış İlham müəllimlə müsahibəni təqdim edir

- İlham müəllim, bir dəfə I qrup Qarabağ əlili, keçmiş kəşfiyyatçı Aqil Əhmədovla söhbət edirdik. O dedi ki, yaralanıb əsir düşəndə məni bir xəstəxanaya gətirmişdilər:Burada hərə bir bəhanə ilə gəlib mənim qanı sızan yaralarıma yumruqla-təpiklə zərbələr endirirdilər. Saatlarla xlorlu otaqda ayaq üstündə saxlayırdılar, ciyərlərim yanırdı. Bu azmış kimi gənc tibb bacılarına üstümdə iynə vurmağı öyrədirdilər. Elə olurdu ki, 7 dəfə eyni iynəni çıxarıb, yenidən vururdular. Yenə "Vətən sagolsun” deyib, duşmənə təslim olmadım, sirr vemədim”. Bax, Aqilin o söhbətindən bir xeyli müddət sonra da özümə gələ bilmirdim. Yəni, insan, xüsusən də , Hippokrat andı içmiş insan bu qədər əzazil ola bilərmi?

- Siz yəqin ki, erməni xisləti haqqında yalnız oxumuzunuz, eşitmisiniz... Yəqin ki, onlarla birlikdə heç vaxt nə bir şəhəri, nə bir məktəbi, nə bir sinif otağını, nə bir xəstəxananı, və s. yerləri paylaşmamısınız... Mənə isə onlar haqqında eşitdiyim ən iyrənc, heç vaxt görünməmiş ən ağır hərəkətlər adi görünür. Ermənilər məhz bu tip hərəkətləri, iyrəncliyi peşəkarcasına bacarır.

- Yəni,  siz Xankəndidə yaşayarkən, bir şəhəri paylaşarkən, məcburən bu iyrəncliklərə şahid olmusunuz?

- Xankəndidə sovet vaxtı bir “Edik doktor” vardı. Hətta ətraf rayonlardan da azərbaycanlılar onun yanına gəlir, müalicə alırdılar. Dağlıq Qarabağ Muxtar vilayətinin baş cərrahı olan Eduard Qukasyan savadlı kadr olmasına baxmayaraq, millətçi, separatçı qatil insan olduğu elə o vaxt şəhərdə xısın-xısın danışılırdı. 1988-ci ildə hadisələr başlayanda mitinqdə çıxış edərkən “mən bir həkim kimi öz qisasımı azərbaycanlılardan almışam, indi meydan cavanlarındır” deməyi sübut edir ki, həmin xısın-xısın danışılanlar şaiyə deyilmiş.Aydın oldu ki, “Edik doktor” neçə onilliklər boyu hansı cinayətləri törədib, neçə-neçə azərbaycanlıların səhhətinə hansı zərbələri vurub.

- Səhv etmirəmsə, orda bir Marqo həkim də vardı. Ağdam kişiləri ona mahnı da qoşmuşdular: Canım Marqo, gözüm Marqo, Marqoooo”...

- Qarabağ körpələrinin qatili Zori Balayanın qaynanası Marqaritanı deyirsiniz... Marqo ginekoloq olaraq yüzlərlə azərbaycanlı qadını ana olmaqdan məhrum edib. Ətraf rayonlardan gələn azərbaycanlı qadınların hesabına zənginləşən bu cəllad-ginekoloqun əlindən çox cinayətlər çıxıb. Kürəkəni Zori Balayana bu yolla dəstək olan Marqo həkim də öz cinayətlərini fəxrlə söyləməkdən çəkinməyib.

 

- Bax, bunu anlaya bilmirəm... Yəni o vaxt bu cinayətləri başa düşən bir azərbaycanlı olmayıb?Ən azından bu həkimlərin qəbuluna gedən azərbaycanlı pasiyentləri geri qaytaraydılar, yaxud da, xəstəxanada baş vermiş cinayət tərkibli bir ölüm işini güc strukturlarına çatdıraydılar?

Xankəndi Mərkəzi Xəstəxananın həkimləri

- Olub, niyə olmayıb ki... Xankəndi şəhərində azərbaycanlıların qanına susayan həkimlərdən biri də Faraon Adamyan olub. 1935-ci ildə Ağdərədə anadan olan Faraon Adamyan İrəvan Tibb İnstitutunu bitirəndən sonra təyinatla Dağlıq Qarabağa Muxtar vilayətinə qayıdıb, o, Ağdərə rayonunun Sırxavənd kəndinin tibb məntəqəsinə baş həkim təyin olunub. Adamyan Sırxavənd kəndində işləməyə başlayandan öz əsl simasını açıb göstərib. O, hər hansı bir tibb xidmətinə görə azərbaycanlılardan təmənna güdüb, digər hallarda isə azərbaycanlılara rəhbərlik etdiyi tibb məntəqəsində xidmət göstərməkdən imtina edilib. Sözsüz bu millətçi erməninin özbaşınalığına Sırxavənddə yaşayan azərbaycanlılar göz yummayıb və Adamyan bu kənddən getmək məcburiyyətində qalıb.

 

- Ermənidirsə, işsiz qalmaz...

 

- Xankəndi şəhərində onkoloji dispanserdə fəaliyyətini davam etdirən Adamyan elə ilk günlərdən azərbaycanlılara qarşı təbliğata başlayıb. Sırxavənddən qovulmasının səbəbini isə mənzilinin azərbaycanlılar tərəfindən qarət olması ilə əsaslandırıb. Əslində isə belə bir hadisə baş verməyib. Adamyan vilayətdə qatı millətçi kimi tanınıb. Hətta ermənilərin özləri də bu cəllad ağxalatlının antiazərbaycan fəaliyyətinə “heyran” qalıblar. Adamyan hələ hadisələr başlamazdan əvvəl yanlış həkim təyinatları ilə azərbaycanlılardan qisas almağı özünün ən vacib borcu bilib. Ətraf rayonlardan gələn azərbaycanlı pasiyentlərlə mehriban münasibət qurmağı bacaran Adamyan sonradan öz işini rahatlıqla görüb.

Faraon Adamyan

- Neçə il qıra bilib, bizim məzlum biçarələri...

 

- 45 il...

- Ay Allah, görün o nifrət sahibi neçə azərbaycanlını həyatdan vaxtsız məhrum edib?

 

-Deməli, bu 45 ildə onkoloji xəstəxananın baş həkimi vəzifəsində işləyən Adamyan Xankəndi şəhərində yeni dispanserin tikintisi və avadanlıqlar üçün Azərbaycanın büdcəsindən arzuladığı qədər vəsait ala bilib.

-Alacaq də, təxminən o dövrdə Azərbaycan SSR Meşə və Ağac Emalı Sənayesi naziri A.A.Ayriyan adlı erməni olub. Bakı şəhəri Kirov (indiki Binəqədi) rayon birinci katibi (icra başçısı) V.N.Nersesyan olub. Adamyana kim “gözün üstə qaşın var” deyə bilər ki? Hələ nəzərə alsaq ki, həmin vaxt Azərbaycan SSR Prokurorluğunda İstintaq İdarəsinin prokuroru A.S.Bedcanyan olub... Nə qədər yazıq bir durumda olmuşuq...

- Məhz Bakıdakı “arxa-dayaqları”na görə... Amma Xankəndi şəhərinə Bakıdan cari yoxlamalar gələndə o, buna qəti etiraz etməkdən çəkinməyib. Bakı rəsmiləri ilə hər hansı bir məsələnin həllində, müzakirəsində Adamyanın ilk sözü belə olub: “Biz artıq İrəvanla məsləhətləşmişik, Ermənistanın Səhiyyə Nazirliyinin tövsiyələri daha məqbuldur. Adamyan baş həkim işləməklə yanaşı həm də Xankəndi Tibb Texnikumunda pedaqoji fəaliyyət göstərib. O, dəfələrlə bu təhsil ocağında Azərbaycan bölməsinin olmasını texnikuma əlavə yük olduğunu söyləyib. Bu məsələdə texnikumun direktoru,bayaq adını çəkdiyimiz Eduard Qukasyanın həyat yoldaşı İrina Qukasyan onu dəstəkləyib. Bu mübarizəyə baxmayaraq Azərbaycan bölməsini bağlamaq mümkün olmayıb.

-Görən o vaxt Qarabağlı məmurların, ziyalıların millətçiliyi hara uçub getmişdi? Niyə bunu görən olmayıb?

Xankəndinin ağ xalatlı qatilləri

- F.Adamyanın bu qədər özbaşınalığında vilayət rəhbərlərinin xüsusi rolu olub. Bütün məclislərdə “peşəkar” tost ustası sayılan Adamyan həmişə ilk qədəhlərini “böyük erməni xalqı”nın şərəfinə qaldırıb. Bir-iki qədəhdən sonra isə böyük həvəslə məclisdə iştirak edənlərə Qarabağın tarixindən “mühazirə” söyləyib və ən əsası yüksəkçinli məmurlar bu millətçi təbliğata göz yumublar.

- Bilmirsiniz, hazırda yenə Xankəndidə yaşayır bu haramzada?

-Adamyanın millətçiliyinin tündlüyü özü üçün faciəyə çevrilib. O, birinci Qarabağ savaşı zamanı İrəvan Dövlət İqtisad Universitetinin aspiranturasında təhsil alan oğlu Armeni Xankəndinə çağırıb, qondarma “Dağlıq Qarabağ Respublikası”nın özünümüdafiə dəstələrində xidmət etməyi məsləhət bilib. Qarabağın “azadlığı” uğrunda mübarizəyə qoşulan Armenin təhsili kimi ömrü də yarımçıq qalıb. O, döyüşlərədə Azərbaycan əsgərinin gülləsinə tuş gəlib. Yəqin ki, 44 günlük müharibədən sonra qoca Adamyan da Xankəndi şəhərini tərk edərək Ermənistana qaçıb. Amma çox yəqin ki, cəllad həkim oğlunun qəbrini qazaraq sümüklərini götürməyə imkan tapmayıb.

 

Adamyanın tələbə oğlu gəbərmiş Armen. 

 

-İlham müəllim, 45 il Tovuz rayonunda yerləşən doğum evində tibb bacısı işləmiş Tamara Adamova, əslində isə, soyadı Adamyan ( bəlkə də o Faraon Adamyanla yaxın qohumdur) olan bir erməni qadın olub. 1990-cı ildə o, İrəvana köçəndə deyib ki, “mən türklərdən qisasımızı aldım. Saysız-hesabsız oğlan uşağı öldürdüm... Mən Ermənistanın xüsusi xidmət orqanlarının mənə verdiyi gizli tapşırığı yerinə yetirmişəm. Mənə “Ermənistanın milli qəhramanı” adı verilməlidir”. Buna bənzər hadisə, bəlkə də hadisələr, Sumqayıt şəhərində də baş vermişdi. Demək ki, Ermənilərin azərbaycanlılara qarşı müharibəsi hər zaman var olub. Sadəcə 1988-ci ildən başlayaraq açıq müstəviyə keçib. Ağ xalatlı, Hippokrat andı içmiş ermənilərin xisləti isə hər şeydə öndədir, insanlıqadan da, həkimlikdən də, nəcib əməllərdən də... İçdikləri bütün andlar qənimləri olsun! İlham müəllim, maraqlı müsahibəyə görə təşəkkür edirik!

Söhbətləşdi: Əntiqə Rəşid