Xarici dil fənni üzrə fəlsəfə doktoru imtahanı keçirildi
Dekabrın 4-də Dövlət İmtahan Mərkəzi (DİM) doktoranturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçılar üçün xarici dil fənni üzrə fəlsəfə doktoru imtahanının danışıq bloku mərhələsini keçirib.
DİM-dən Adalet.az-a bildirilib ki, danışıq bloku üzrə imtahanda iştirak etməli olan 207 nəfərdən 189-u imtahana gəlib.
Qeyd edək ki, bu imtahan 3 hissədən ibarətdir. Tapşırıqlar üzrə düşünmək və suallara cavab vermək üçün ümumilikdə 15 dəqiqə vaxt ayrılır. İştirakçılar birinci mərhələdə 3 bal, ikinci mərhələdə 5 bal, üçüncü mərhələdə isə 2 bal olmaqla, ümumilikdə 10 bal toplaya bilərlər.
Xarici dil fənni üzrə ümumi imtahan nəticələrinin iki həftədən sonra elan olunması nəzərdə tutulur.
Danışıq bloku üzrə imtahanda minimum 2 bal toplamayan şəxslər dekabrın 1-də keçirilmiş ilk 4 blok üzrə imtahanda lazımi nəticə göstərsələr belə, müvafiq şəhadətnamə ilə təmin olunmurlar.
Digər Xəbərlər
05 Oktyabr 2026 17:34
ETİHİ bölgələrdə müəllimləri peşə bayramı münasibətilə təbrik edib
05 Oktyabr 2026 17:09
ETİHİ- Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşlər keçirib
05 Oktyabr 2026 16:22
Azərbaycanda bu tələbələr pulsuz təhsil alacaqlar
05 Oktyabr 2026 11:49
"Süni intellektdən istifadə edən və etməyən müəllimin arasında fərq yarana bilər" - Nazir
05 Oktyabr 2026 11:43
Bu uşaqların nəticələri daha yüksəkdir - Nazir açıqladı
05 Oktyabr 2026 09:52
“Əməyinizin nəticələrindən qürur duymağı arzulayıram” - Emin Əmrullayev
02 Oktyabr 2026 21:00
Azərbaycanda ən gənc və ən yaşlı müəllimin neçə yaşı var?
02 Oktyabr 2026 17:40


Bakı -°C

