Xartiya: Azərbaycan və ABŞ əməkdaşlığın 5 əsas məqsədini müəyyənləşdirib
Azərbaycan və ABŞ Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində ikitərəfli əməkdaşlığın beş əsas məqsədini müəyyənləşdirib.
Adalet.az-ın məlumatına görə, bu barədə bu gün Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens tərəfindən imzalanmış Xartiyanın mətnində deyilir.
Sənəddə o cümlədən deyilir:
- Azərbaycan və ABŞ ikitərəfli münasibətlərin əsası kimi bir-birinin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına dəstəyi təsdiqləyirlər.
- Strateji Tərəfdaşlıq Xartiyasının işlənib hazırlanması üzrə İşçi qrupunun yaradılması barədə Azərbaycan və ABŞ hökumətləri arasında 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanmış Anlaşma Memorandumundan çıxış edirlər;
- Qarşılıqlı maraq və ümumi fayda verən sahələrdə, o cümlədən regional bağlılıq, iqtisadi investisiyalar və təhlükəsizlik əməkdaşlığı sahələrində strateji tərəfdaşlığın vacibliyini təsdiqləyirlər;
- Diplomatik, iqtisadi, enerji, texnoloji və təhlükəsizlik sahələri də daxil olmaqla, qarşılıqlı maraq doğuran məsələlərdə münasibətləri möhkəmləndirmək istəyini vurğulayırlar;
- Strateji tərəfdaşlığın və dərinləşdirilmiş əməkdaşlığın planlanması və həyata keçirilməsinə yalnız dövlət orqanlarının deyil, həm də hər iki ölkənin özəl sektorunun cəlb olunmasının vacibliyini təsdiqləyirlər.
Əməkdaşlığın mühüm istiqamətlərindən biri kimi regional bağlılıq və enerji təhlükəsizliyi seçilib. Xüsusilə, Bakı və Vaşington Orta dəhlizin inkişafına diqqət yetirməklə iqtisadi artıma və regional bağlılığa kömək etmək məqsədilə əməkdaşlığı genişləndirmək niyyətindədirlər.
Bundan sonra sənəddə, o cümlədən süni intellekt və rəqəmsal infrastruktur sahəsinə investisiyaların əhəmiyyəti qeyd olunur. Beləliklə, Azərbaycan və ABŞ iqtisadi artımı stimullaşdırmaq, investisiyaları təşviq etmək və ikitərəfli biznes mühitini yaxşılaşdırmaq məqsədilə əməkdaşlığı genişləndirmək niyyətindədirlər.
Təhlükəsizlik sahəsində əməkdaşlığa gəldikdə - Cənubi Qafqazda sülh hər iki ölkənin ümumi maraqlarına cavab verir, iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq həm ikitərəfli, həm də beynəlxalq və regional təhlükəsizliyin möhkəmlənməsinə kömək edir.
Bundan sonra institusional əməkdaşlıq məsələsinə diqqət yetirilir: Azərbaycan və ABŞ fəaliyyət göstərən strateji tərəfdaşlıq mexanizmi çərçivəsində əməkdaşlığın əsas istiqamətləri, o cümlədən iqtisadiyyat və ticarət, enerji, bağlılıq, süni intellekt və rəqəmsal inkişaf, həmçinin təhlükəsizlik və müdafiə üzrə işçi qrupları yarada bilərlər.
Digər Xəbərlər
03 Aprel 2026 17:19
QMİ sədrindən səfirə: İlham Əliyev ölkə ərazisinin İrana qarşı istifadə edilməyəcəyini dəfələrlə bəyan edib
03 Aprel 2026 16:53
“Ancaq belə savaşlarda Allah kimin yanındadırsa, o da qalib gələcək...”
03 Aprel 2026 16:26
Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM
03 Aprel 2026 12:05
"Vətən müharibəsindən sonra 421 mülki şəxs minadan zərər çəkib" - Hikmət Hacıyev
03 Aprel 2026 10:30
“Bu sözlər Paşinyana xəbərdarlıq mahiyyəti daşıyır...” – Politoloq
02 Aprel 2026 21:00
Pezeşkian İlham Əliyevə zəng etdi
02 Aprel 2026 17:43
BMT-də Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul edildi
02 Aprel 2026 14:44


Bakı -°C

