04 Oktyabr 2023 15:02
308
SİYASƏT

Xələf Xələfov Abdullahiyanla görüşdü

Tehranda səfərdə olan Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov bu gün İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahianla görüşüb.

Adalet.az xəbər verir ki, Xələf Xələfov İran XİN rəhbəri ilə ikitərəfli münasibətləri müzakirə edib.

Tərəflər eyni zamanda, regiondakı vəziyyətə dair fikir mübadiləsi aparıblar.