19 Dekabr 2024 11:51
225
SAĞLAMLIQ

Xəstəxanaların qeydiyyat sistemində problem yarandı

Dekabrın 19-da səhər saatlarından ölkə üzrə internet təminatını həyata keçirən provayderlərin birində texniki nasazlıq yaranması səbəbindən bəzi tibb müəssisələrinin elektron qeydiyyat sisteminin fəaliyyətində fasilələr qeydə alınıb. 

Adalet.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, problemin qısa müddətdə aradan qaldırılması istiqamətində internet provayderi tərəfindən işlər həyata keçirilir.