adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
16 Aprel 2024 12:03
1323
ŞOU-BİZNES

Xəyalə Manaflı: “Tiktokda tanış olduq"

Müğənni Xəyalə Manaflı  həyat yoldaşı ilə tanışlığından danışıb.

Adalet.az bildirir ki, müğənni həyat yoldaşı ilə sosial şəbəkədə tanış olub:

“Camaatın təkidi ilə Tiktok hesabı açdım. Sonra hər kəs məndən canlı yayım açmağımı istədi. Mən də canlı yayımlarda mahnılarımı ifa edirdim.İzləyicilərimlə söhbət edirdim. Həqiqətən də normal ünsiyyətə ehtiyacı olan böyük bir kütlənin var olduğunu bildim və canlı yayımlarıma davam etdim. Bir gün mənə oyun istəyi göndərdilər. Əslində tanımadığım insanların oyun istəyini qəbul etmirdim. Nurlan (həyat yoldaşı) da mənə oyun istəyi göndərmişdi. Səhifəsinə baxdım ki, real olaraq ad soyadı var, şəkli var, düşündüm ki, bu adamın oyun istəyini qəbul edim. Daha sonra sıx- sıx ünsiyyət qurmağa başladıq. Və beləliklə Nurlan mənə evlilik təklif etdi. Çox düşündüm bu təklif barədə. Qərara aldım ki, bu insan mənim düşündüyüm insandır ki, qarşım çıxıb.”

Əntiqə