XİN-də "Diplomatiya Könüllüləri" qrupu ilə ilkin tanışlıq görüşü keçirilib
Xarici İşlər Nazirliyində (XİN) 2025-2026-cı illər üzrə "Diplomatiya Könüllüləri" qrupuna qəbul olunmuş könüllülərlə ilkin tanışlıq görüşü keçirilib.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Bildirilib ki, görüşdə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi, mətbuat katibi Ayxan Hacızadə və Kadrlar idarəsinin rəisi Raman Məmmədov çıxış edib.
Görüş zamanı könüllülərə Xarici İşlər Nazirliyin iş fəaliyyəti, strukturu, Nazirliyin nəzdində fəaliyyət göstərən "Diplomatiya Könüllüləri" qrupunun fəaliyyəti, proqramın məzmunu barədə ətraflı məlumat verilib.
Azərbaycan Prezidenti İlham Əliyevin dövlət qurumlarının fəaliyyətinə könüllülərin cəlb olunması tapşırığını rəhbər tutaraq 1 iyun 2019-cu il tarixində Xarici İşlər Nazirliyi nəzdində beynəlxalq münasibətlər və digər əlaqəli sahələr üzrə təhsil alan tələbələr, o cümlədən məzunlardan ibarət "Diplomatiya Könüllüləri" qrupunun təsis edildiyi diqqətə çatdırılıb. Qrupun əsasının qoyulmasından etibarən 300 nəfərin artıq könüllü proqramından məzun olduğu bildirilib.
Cari ilin avqust ayında diplomatiya könüllüləri sıralarına elan olunmuş qəbul prosesi nəticəsində Nazirliyin rəsmi vebsaytında yaradılmış elektron sistem vasitəsilə 1000-dən artıq namizədin üzvlük üçün qeydiyyatdan keçdiyi (ötən il təqribən 400 nəfər müraciət edib), müəyyən olunmuş tələblərə uyğun namizədlərlə onlayn müsahibə mərhələsinin nəticələrinə əsasən isə 95 nəfər namizədin diplomatiya könüllüləri sıralarına cəlb olunduğu qeyd edilib.
6 aylıq könüllülük proqramı çərçivəsində könüllü sıralarına cəlb olunmuş gənclərin XİN-in strukturu ilə tanışlığının təmin edilməsi, onlara iş prosesində lazım ola biləcək məlumatların verilməsi, habelə fəaliyyətlərində praktiki bacarıqların aşılanması məqsədilə XİN-in struktur bölmələrində təcrübəyə, habelə təcrübə çərçivəsində müxtəlif mövzular üzrə təlimlərə, o cümlədən bir sıra dövlət qurumları və işğaldan azad olunmuş ərazilərə səfərlərə cəlb olunmasının nəzərdə tutulduğu qeyd edilib.
Təşkil olunacaq proqramın əsas məqsədinin könüllülərin postmünaqişə dövründə xarici siyasət prioritetləri, ölkəmizin ikitərəfli və çoxtərəfli münasibətlərinin dinamikası, regional və beynəlxalq təşəbbüslər, müdafiə, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar, iqlim dəyişikliyi ilə mübarizə, parlament diplomatiyası və s. istiqamətlər üzrə həyata keçirilən tədbirlər, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, habelə diplomat olmaq istəyən gənclər üçün vacib bilik və bacarıqlar kimi istiqamətlərdə məlumatlılığının artırılması olduğu diqqətə çatdırılıb.
Digər Xəbərlər
10 Dekabr 2025 19:42
Bakıda Azərbaycan-Rusiya siyasi məsləhətləşmələri keçirildi
10 Dekabr 2025 19:32
Konqresə Azərbaycanla bağlı qanun layihəsi təqdim olundu
10 Dekabr 2025 19:00
Ceyhun Bayramov Macarıstana getdi
10 Dekabr 2025 18:52
İlham Əliyev Donald Trampa TƏŞƏKKÜR ETDİ
10 Dekabr 2025 18:46
Hikmət Hacıyev Qaluzinlə görüşdü
10 Dekabr 2025 17:30
Əmirbəyov Brüsseldə Aİ-Ermənistan arasında sənədlə bağlı Azərbaycanın narahatlığını çatdırıb
10 Dekabr 2025 16:28
Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI
10 Dekabr 2025 15:19


Bakı -°C

