Xocalı rayonu üzrə təhsil sektorunun əməkdaşının qəfil ölümü: Fakt və şayiə

Xankəndi şəhərində müəllimlərin yaşadığı çoxmənzilli yaşayış binasında bir şəxsin həyatına son verdiyi ilə bağlı mediada və sosial şəbəkələrdə xəbərlər yayılıb. Məsələn , Publika.az, Qafqazinfo.az, Hurriyyet.az, Lent.az bildirib ki, Nəcəf Həsənov dekabrın 23-də saat 19 radələrində Xankəndi şəhərində müəllimlər üçün ayrılmış binada özünə xəsarətlər yetirib. N.Həsənov daha sonra özünü asıb.
Adalet.az xəbər verir ki, mərhum Həsənov Nəcəfin Qarabağ Regional Təhsil İdarəsinin Xankəndi şəhəri və Xocalı rayonu üzrə təhsil sektorunun əməkdaşı olduğu deyilir.
Məlumatı Xocalı rayon sakini, şəhid ailəsi Ceyran Əzizova da paylaşıb.
Rəsmi məlumatlarda bildirilir ki, Qarabağ Regional Təhsil İdarəsi Nəcəf Həsənovun dekabrın 23-də yaşadığı evdə dünyasını dəyişib. Hazırda hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır:" Tibbi-ekspertiza yekunlaşdıqdan sonra hadisənin baş vermə səbəbi ilə bağlı əlavə məlumat veriləcək. İlkin ehtimala görə, Nəcəf Həsənov beyninə qan sızması səbəbindən dünyasını dəyişib”.
Əntiqə Rəşid
Digər Xəbərlər

“Bakubus” avtobusu bulvara girdi - VİDEO + YENİLƏNİB

Azərbaycanlı reper müharibədə həlak oldu

Bakıda maşın skuter idarə edən şəxsi vurdu - VİDEO

ANAMA-nın əməkdaşı Xocavənddə minaya düşdü

"Can şirindir, başladıq boğuşmağa" - Ayı hücumuna məruz qalan şəxs

Goranboyda kafedə kütləvi dava - xəsarət alanlar var

Sabahın havası bu insanlar üçün əlverişlidir
